Whatsapp şübhəli adlara sahib qrup çatlarındakı istifadəçiləri bloklayır

Whatsapp şübhəli adlara sahib qrup çatlarındakı istifadəçiləri bloklayır

Sosyal Medya
11.11.2019 PAYLAŞIM

    Whatsapp messenceri şübhəli adlara sahib qrup çatlarının istifadəçilərini bloklamağa başlayıb. Bu vəziyyət ilə dünyanın bütün Whatsapp istifadəçiləri qarşılaşıblar. Bu barədə Wabetainfo saytı xəbər verib. Şübhəli adlara sahib qrup çatlarındakı istifadəçilərin bloklanması haqqında ilk məlumatı Mowe11 ləqəbli Reddit istifadəçisi verib. Onun sözlərinə əsasən qrup çatının iştirakçılarından biri qrup çatının adını “qeyri qanuni olan bir şey”-ə dəyişib.

    Daha sonra messencer həmin qrupda olmuş bütün istifadəçiləri bloklayıb. Digər Reddit istifadəçisi isə bildirib ki, messencer 100 nəfər şəxsin olduğu məktəb qrupunun çatını bloklayıb. Qeyd etmək lazımdır ki, bloklanmadan sonra istifadəçilər yalnız öz nömrələrini dəyişə bilərlər. Bu halda onlar çatlar üzrə tarixçələri də itirəcəklər. Messencerdə bloklanmaqdan yayınmaq üçün qrup adminlərinə iştirakçıların qrup məlumatlarını dəyişmələrinə qadağa qoymaları məsləhət görülür.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə!

Lider mobil operator “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında bir ay ərzində həm supersürətli..


Youtube servisi adi istifadəçilər üçün rəy yazmaq qaydalarını sərtləşdirdi..

Youtube videoservisi istifadəçilərin videoservisdən istifadə qaydalarını yenidən sərtləşdirib...


DeepFake texnologiyası Snapchat-ə gəlir

DeepFake texnologiyası haqqında daha əvvəl də yazmışdıq. Bu səfər isə Snapchat platforması bu texnol..


Sağlamlıq üçün faydalı 6 yerli tətbiq

İSİM tərəfindən yeni mobil əlavə hazırlandı


Azercell 'Ən yaxşı stend dizaynına görə' sertifikatla təltif edildi

Azercell Telekom 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçirilmiş “Bakutel..


Whatsapp messencerinə Whatsapp Reminders adlı xatırlatma funksiyası əlavə edilib..

Məşhur Whatsapp messencerində tapşırıqların yaradılması və xatırlatmaların təyin edilməsi funksiyası..