
WhatsApp tanış olmayan hesablardan mesajların bloklanması funksiyasını hazırlayır
Sosial Media
24.09.2024
Emil
WhatsApp istifadəçilərə tanış olmayan hesablardan ola biləcək mesajları bloklamağa imkan verəcək yeni funksiya üzərində çalışır. Sözügedən funksiya messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasında artıq test edilir. Bu funksiya messencer daxilindəki konfidensiallıq ayarlarında yerləşir və istifadəçilər istədikləri zaman onu aktiv və ya deaktiv edə bilərlər. Məlumatda qeyd edilib ki, WhatsApp tanış olmayan hesablardan mesajları yalnız o halda bloklayacaq ki, bu cür mesajların sayı müəyyən limiti keçsin. Bu, biznes hesabların və digər vacib kontaktların vacib ola biləcək mesajları göndərmə imkanına sahib olmaları üçün edilib. Hazırlanan bu yeni funksiya WhatsApp-ın hətta beta versiyasının məhdud sayda istifadəçi arasında aktivləşdirilib.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
