Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında çatların köçürülməsi funksiyası üzərində çalışır

Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında çatların köçürülməsi funksiyası üzərində çalışır

Sosial Media
24.05.2021 PAYLAŞIM

    Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında foto, video və digər fayllar ilə birlikdə çatların tarixçələrini bir nömrədən digərinə köçürmək imkanını verəcək funksiya üzərində çalışır. Heç istisna deyil ki, Whatsapp-ın növbəti yenilənmələrində həmçinin bu məlumatların Android-dən iOS-ə köçürülməsi funksiyası da reallaşdırılsın.

Nömrələr arasında məlumatların köçürülməsi menyusu:


    Telefon nömrəsinin dəyişdirilməsi və ya yeni SIM kartın əlavə olunması zamanı messencer avtomatik olaraq köhnə nömrəni yenisi ilə əvəz edəcək. Fayllar ilə birlikdə çatların tarixçələrini köçürmək üçün isitfadəçi öz smartfonunu Whatsapp-dakı hesabına qoşmalıdır. Daha əvvəllər istifadəçilər öz məlumatlarının ehtiyat kopyalarını iCloud-dan Android-ə və eynilə Google Drive-dan iOS-ə köçürdə bilmirdilər. Məlumata əsasən bu ilin aprel ayından Whatsapp tərtibatçıları məlumatların bir düymə ilə müxtəlif əməliyyat sistemləri arasında köçürülməsini mümkün edəcək funksiya üzərində çalışırlar. Eyni prinsip ilə məlumatlar bir əməliyyat sistemində çalışan müxtəlif cihazlar arasında da köçürüləcək.

Məlumatların Android-dən iOS-ə köçürülməsi menyusu:

    Bundan əlavə olaraq verilmiş məlumata əsasən tərtibatçılar internet qoşulmasına ehtiyac durmadan Whatsapp Web-dən istifadə imkanını verəcək funksiya üzərində də çalışırlar. İnsayderlər bildiriblər ki. bütün bu funksiyalar yaxın zamanda Whatsapp üçün təqdim olunacaq yenilənmələrdən birində istifadəyə veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..

×