main-post-cover

    Whatsapp Telegram-ın vacib funksiyalarından birini əldə edəcək

    Sosial Media
    05.09.2022
    Farid Pardashunas
        Whatsapp barəsində doğru məlumatları ilə seçilən WABetaInfo saytı messencerdə istifadəyə veriləcək yeni funksiyadan danışıb. İstifadəyə veriləcək yeni funksiya messencerin həm mobil həm də desktop versiyasında digər çatları yükləmədən qeydlər yaratmaq və vacib faylları saxlamaq imkanını verəcək. Buna bənzər funksiya həmçinin Telegram-da da var. Beləliklə yaxın zamanda Whatsapp istifadəçiləri öz nömrələrinə mesaj göndərmək imkanını əldə edəcəklər. Bu yeni funksiya Telegram-dakı Favorites adlı funksiyaya bənzər şəkildə Whatsapp ilə sinxronlaşdırılmış bütün cihazlarda çalışacaq.
        Məlumatda qeyd edilib ki, istifadəçilərin özlərinə göndərdikləri mesajlar funksiyasından rahat şəkildə istifadə etmək üçün onların öz adları kontaktlar siyahısının yuxarı hissəsində əks olunacaq. Sözügedən funksiya Whatsapp-ın Android, iOS veb üçün nəzərdə tutulmuş beta versiyalarında istifadəyə veriləcək. Məlumatda qeyd edilib ki, bu funksiya artıq test mərhələsindədir və artıq bir neçə gündən sonra istifadəyə veriləcək. Bununla yanaşı messencerdə digər yeniliklərin də olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər