main-post-cover

    Whatsapp tərtibatçıları messencer üçün Communities adlı yeni funksiya üzərində çalışırlar

    Sosial Media
    08.11.2021
    Emil Nəcəfov
        Oktyabr ayında XDA-Developers saytının iştirakçıları bildirmişdilər ki, Whatsapp tərtibatçıları messencer üçün Communities adlı funksiya üzərində çalışırlar. İndi isə WABetaInfo saytı bu xəbəri təsdiqləyib. Söhbət, qrup çatlarının imkanlarını genişləndirəcək funksiyadan gedir. Communities çatlarının adminləri adi qrup çatlarının adminlərindən fərqli olaraq daha geniş imkanlara sahib olacaqlar. Məsələn Communities çatlarının daxilində fərdi qruplar yaratmaq mümkün olacaq. Bu bir növ Discord serverlərindəki kanallara bənzəyir. Bundan əlavə olaraq Communities çatlarının adminləri xüsusi linklər vasitəsilə yeni istifadəçiləri dəvət edə biləcəklər.
        Ortaya çıxmış fotolardan birinə əsasən bu cür linkləri sürətlə müəyyən istifadəçiyə göndərmək və ya QR koda çevirmək mümkün olacaq. Bu cür link vasitəsilə dəvət almış istifadəçinin Communities-dəki bütün çatlara yaza bilib-bilməyəcəyi məlum deyil. Verilmiş məlumata əsasən Communities çatları end-to-end şifrələnməyə sahib olacaqlar. İstifadəçilərin bu cür çatları adi qrup çatlarından fərqləndirə bilmələri üçün isə xüsusi dizayn fərqliliyi reallaşdırılacaq. Belə ki, Communities ikonu dairəvi künclərə sahib kvadrat formasında reallaşdırılacaq. Bu yeni funksiya hal hazırda mesencerin Android iOS versiyalarında test olunur. Funksiyanın nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala