Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Sosial Media
22.06.2021 PAYLAŞIM

    Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kompüterdə həm də digər cihazlarda istifadə edə biləcəklər. Lakin məlum olub ki, məşhur messencerin bu yeni funksiyası məhdud şəkildə çalışacaq. WabetaInfo saytının insayderləri Whatsapp-ın test versiyasını incələyərək bu xəbəri veriblər. Qeyd etmək lazımdır ki, yaxın zamanda Whatsapp-dakı istifadəçi hesabını 4 müxtəlif cihazda işə salmaq mümkün olacaq. Lakin məlum olub ki, 4 cihazdan yalnız 1-i smartfon ola bilər.

    Bununla da istifadəçi öz hesabının digər cihazlar üçün dublikatını yarada bilməyəcək. Bunun əvəzinə istifadəçi kompüter (Whatsapp Web Whatsapp Desktop) və Facebook-un Portal cihazları üçün olan müstəqil Whatsapp tətbiqlərindən istifadə etməli olacaq. Aşağıda təqdim olunmuş screenshot fotodakı məlumata əsasən messencerin çalışma keyfiyyəti istifadə olunan platformadan asılı olaraq fərqlənəcək. Müxtəlif cihazlarda bir istifadəçi hesabı ilə çalışma imkanına sahib Whatsapp versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-dakı səsli mesajları mətn formatına çevirməyə imkan verəcək yeni funksi..

Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalış..


Yaxın zamanda Whatsapp-ın köhnə əməliyyat sistemlərində dəstəyi dayandırılacaq..

Whatsapp tərtibatçıları yaxın zamanda messencerin köhnə əməliyyat sistemli smartfonlarda dəstəyinin ..


Whatsapp-a sonuncu dəfə daxil olma zamanını konkret insanlardan gizlətmək mümkün..

Hal hazırda Whatsapp messencerə son daxil olma zamanının, istifadəçi fotosunun və istifadəçi barəsin..


Telegram-a yeni faydalı funksiyalar əlavə edilib

Telegram-ın yeni versiyası istifadəçilərə bəzi faydalı funksiyaları təqdim edib.


Instagram istifadəçilərdən doğum tarixlərinin mütləq şəkildə qeyd edilməsini təl..

Instagram istifadəçiləri öz doğum tarixlərinin mütləq şəkildə qeyd olunması üzrə xüsusi bildiriş əld..

×