
Whatsapp üzərindən digər messencerlərin istifadəçiləri ilə mesajlaşmaq olacaq
Sosial Media
25.01.2024
Emil
Whatsapp tərtibatçıları messencer üçün yeni maraqlı funksiya üzərində çalışırlar. Hazırlanan yeni funksiya Whatsapp-ın digər mesajlaşma tətbiqləri ilə uyğunlaşmasına imkan verəcək. Nəticədə Whatsapp istifadəçiləri Telegram, Discord, Signal və Viber kimi digər messencerlərin istifadəçiləri ilə mesajlaşa biləcəklər. Bu yeni funksiya Whatsapp-ın yeni beta versiyasında third-party chats bölməsi kimi aşkar edilib. Görünür, bu yeni funksiya Avropa Birliyinin yeni qanunu səbəbilə hazırlanır. Belə ki, Avropa Birliyinin yeni qanununa əsasən aktual olan bütün messencerlər arasında uyğunluq olmalıdır. Sözügedən qanun bu ilin yaz fəslindən qüvvəyə minəcək. Kənar messencerlərin Whatsapp-da dəstəklənməsi funksiyasının isə nə zaman istifadəyə veriləcəyi bilinmir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
