
Whatsapp Web-də mobil versiyasının vacib funksiyası istifadəyə veriləcək
Sosial Media
14.08.2023
Emil
Whatsapp-ın mobil tıətbiqində çat pəncərəsini sürətli şəkildə gizlətmək elə də çətin deyil. Sadəcə olaraq smartfon ekranının bloklanma düyməsinə klikləmək kifayətdir. Messencerin veb versiyasında bu cür imkan yoxdur. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Verilmiş məlumata əsasən Whatsapp Web istifadəçiləri qovluğu və ya bütöv brauzeri bağlamadan yazışmaların konfidensiallıqlarını qorumağa imkan verəcək yeni funksiyanı yaxın zamanda əldə edəcəklər. Söhbət, çat pəncərəsinin bloklanması funksiyasından gedir.
Bu funksiya çərçivəsində istifadəçi Whatsapp Web-ə şifrə təyin edə biləcək. Qeyd etmək lazımdır ki, eyni funksiya artıq uzun müddətdir ki, Whatsapp-ın mobil təıtbiqində mövcuddur. Məlumatda qeyd edilib ki, əgər istifadəçi Whatsapp Web-in aktiv sessiyası üçün təyin edilmiş şifrəni unutsa, o sadəcə olaraq sistemdən çıxıb Whatsapp Web-i yenidən işə salmalı olacaq.
Whatsapp Web üçün nəzərdə tutulmuş bu yeni funksiya öz kompüterini tez-tez digərləri ilə paylaşan və ya ictimai yerlərdə Whatsapp Web-dən istifadə edən istifadəçilər üçün faydalı olacaq. Təyin edilmiş şifrə özəl məlumatları və çat yazışmalarını kənar gözlərdən kənarlaşdırmağa şərait yaradacaq. Funksiyanı Whatsapp Web-in ayarlarındakı təhlükəsizlik bölməsində aktivləşdirmək mümkün olacaq. O hal hazırda beta test mərhələsindədir və yaxın zamanda istifadəçilərə təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər