main-post-cover

    Whatsapp WeChat analoquna çevrilir: Messencer daxilində alış-veriş etmə imkanı istifadəyə verilib

    Sosial Media
    29.08.2022
    Farid Pardashunas
        Whatsapp-ın Hindistandan olan istifadəçiləri messencer daxilində alış-veriş etmək imkanını əldə ediblər. Beləliklə Hindistan vətəndaşları ölkənin JioMart adlı yerli online supermarketinin Whatsapp-la inteqrasiyası sayəsində messencer daxilində müəyyən qida məhsullarını ala bilirlər. Whatsapp bu cür funksiyaya hələ ki, dünyanın heç bir digər ölkəsində sahib deyil. Daha öncə Whatsapp daxilində bu və ya digər məhsullara baxmaq imkanı reallaşdırılmışdı. Lakin yekun alış-verişin edilməsi üçün istifadəçi messencerdən çıxmalı və veb üzərindən alış-veriş prosesini davam etdirməli idi. İndi isə messencerdən çıxmağa ehtiyac qalmayacaq.
        Məlumata əsasən JioMart online marketinin messencerə inteqrasiyası qismən çatbotu və qismən messencer daxilinə inteqrasiya edilmiş brauzeri xatırladır. İstifadəçilər öz növbələrində bu sistemdə məhsullara baxa, lazım olanı seçəndən sonra ödənişi reallaşdıra və daha sonra çatdırılmanı seçə bilərlər. Başqa sözlə desək, Meta şirkəti Whatsapp-ı tədricən Çinin məşhur WeChat tətbiqinə çevirmək prosesindədir. Qeyd etmək lazımdır ki, WeChat Çində vətəndaşlara ünsiyyət qurmaqdan əlavə olaraq mümkün olan bütün informasiya, ticarət və digər servislərin xidmətlərini təklif edir. WeChat-da təqdim edilən xidmətlərin çoxlu sayda olmasına baxmayaraq onun istifadəçi kütləsi Whatsapp-ın 2 milyardlıq istifadəçi kütləsinin kölgəsində qalır. Yaxın gələcəkdə alış-veriş servislərinin Whatsapp daxilinə inteqrasiyası digər ölkələrdə də baş verməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər