main-post-cover

    Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək

    Sosial Media
    27.03.2024
    Emil Nəcəfov
         İnsayderlər Whatsapp-ın Android üçün nəzərdə tutulmuş yeni test versiyalarında iki yeni funksiyanı aşkar ediblər. Aşkar edilmiş funksiyalar yaxın zamanda Whatsapp-ın stabil versiyasında istifadəyə verilməlidirlər. Aşkar edilmiş birinci funksiya messencer daxilində səsli mesajlara müsbət yanaşmayanlara, ikinci funksiya isə öz statuslarını messencer daxilində bölüşməyi adət etmiş istifadəçilərə hədəflənib. Beləliklə birinci funksiya daxil olan səsli mesajların mətn formatına çevrilmələrini əhatə edir.
         Sözügedən funksiya səsli mesajları sevməyən istifadəçilərin bu cür mesajları dinləməmələrinə şərait yaradacaq. Bu halda səsli mesajlar mətn formatına konvertasiya olunacaq və mesajı qəbul etmiş şəxs sadəcə olaraq onu oxuya biləcək. İkinci yeni funksiya isə messencer daxilində status kimi videonun yerləşdirilməsini sevən istifadəçilər üçün nəzərdə tutulub. Daha öncə istifadəçilər status bölməsinə yalnız 30 saniyəlik videonu yerləşdirə bilirdilər. Whatsapp-ın yeni versiyasında isə bu limit 1 dəqiqəyə yüksəldilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Whatsapp istifadəçilərin hesab fotolarının screenshotlarını çəkməyi qadağan edib
    whatsapp-istifadecilerin-hesab-fotolarinin-screenshotlarini-cekmeyi-qadagan-edib
    Whatsapp media faylları standart şəkildə HD keyfiyyətdə göndərmək imkanını verəcək
    whatsapp-media-fayllari-standart-sekilde-hd-keyfiyyetde-gondermek-imkanini-verecek
    Whatsapp üzərindən digər messencerlərin istifadəçiləri ilə mesajlaşmaq olacaq
    whatsapp-uzerinden-diger-messencerlerin-istifadecileri-ile-mesajlasmaq-olacaq
    Whatsapp-da Android-in faydalı funksiyası istifadəyə veriləcək
    whatsapp-da-android-in-faydali-funksiyasi-istifadeye-verilecek
    Whatsapp-dakı kanallar üçün yeni funksiyalar istifadəyə verilib
    whatsapp-daki-kanallar-ucun-yeni-funksiyalar-istifadeye-verilib