main-post-cover

    Whatsapp yaxın zamanda çoxlarının gözlədiyi faydalı funksiyanı əldə edəcək

    Sosial Media
    10.08.2020
    Farid Pardashunas
        Whatsapp dünyanın ən məşhur messenceri olsa da onun hələ də normal krosplatform özəlliyi yoxdur. Lakin yaxın zamanda bu dəyişə bilər. Belə ki, WABetaInfo saytının mütəxəssisləri aşkar ediblər ki, messencer tərtibatçıları bir istifadəçi hesabının bir neçə cihazda istifadə edilməsi funksiyası üzərində çalışırlar. Bununla yanaşı Whatsapp-da Android iOS platformaları arasında çatların sinxronlaşdırılmasını da reallaşdırmaq mümkün olacaq.
        Hal hazırda bunu etmək üçün istifadəçilər ödənişli kənar servislərdən istifadə edirlər. Lakin həmin servislər də lazımi səviyyədə çalışa bilmirlər. Bu yeni funksiyaların istifadəçilərə nə zaman təqdim ediləcəyi barəsində məlumat verilməyib. Çox güman ki, sözügedən funksiyalar ilk öncə Whatsapp-ın beta versiyasına, sonrakı mərhələdə isə stabil versiyasına əlavə olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər