
WhatsApp yazışmalarını izləməyə imkan verən yeni tətbiq çıxdı
Sosial Media
29.03.2018
Emil
Əgər siz WhatsApp vasitəsilə
dostlarınız və qohumlarınızla ünsiyyətdə olursunuzsa, onda bilməlisiniz ki,
sizin kontaktlarınıza sizin nə zaman online olub-olmadığınızı və göndərilmiş
ismarışları oxuyub-oxumadığınızı izləməyə imkan verən yeni servis ortaya çıxıb.
Qeyd etmək lazımdır ki, hətta siz WhatsApp-da sonuncu dəfə nə zaman online
olduğunuzu və ismarışları oxuduğunuzu göstərən funksiyaları deaktiv etsəz də bu
servis həmin sadalanmış məlumatları əks etdirəcək. iOS üçün olan Chatwatch adlı
yeni tətbiq WhatsApp-ın online/offline funksiyasının idarəetməsindən istifadə
edərək istifadəçilərə onların dostlarının hansı vaxt intervalında messencerə
daxil olub-olmadıqlarını söyləyir.

Tətbiq həmçinin bu göstəriciləri iki kontakt
arasında da müqayisə edə bilər. Beləliklə tətbiq həmin iki insanın bir-birilə
ünsiyyətdə olub-olmamasını müəyyən edə bilir. Əgər siz hətta messencerin “Last
Seen” funksiyasını deaktiv etsəz də sözügedən tətbiq sizin WhatsApp aktivliyinizi
təyin edə biləcək. Tətbiqdə olan bir məhdudlaşdırıcı faktor ondan ibarətdir ki,
digər insanların messencerdəki aktivliklərini təqdim etməsi üçün tətbiqə 24 saat
vaxt lazım olur. Ümid edirik ki, WhatsApp bu sistem boşluğunu yaxın zamanda
aradan qaldıra biləcək. O vaxta kimi isə istənilən şəxs 2$ ödəməklə bu tətbiq
vasitəsilə sizi izləyə bilər.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
