Whatsapp yeni konfidensiallıq qaydaları səbəbilə mesajların oxunması ehtimalını təkzib edib

Whatsapp yeni konfidensiallıq qaydaları səbəbilə mesajların oxunması ehtimalını təkzib edib

Sosial Media
13.01.2021 PAYLAŞIM

    Konfidensiallıq siyasətində olmuş dəyişiklikləri qəbul edəndən sonra nə Whatsapp nə də Facebook messencerdəki çatları oxuya və ya zənglərə qulaq asa bilməz. Bu cür bəyanatı Whatsapp-ın rəhbəri Will Cathcart öz Twitter hesabında bildirib. Qeyd etmək lazımdır ki, Whatsapp-dan istifadə edən şəxslər üçün fevral ayından yeni konfidensiallıq qaydaları qüvvəyə minəcək. Həmin qaydalara əsasən istifadəçilərin məlumatları Facebook-a ötürüləcək.

    Ötürüləcək məlumatlar arasında telefon nömrələri, tranzaksiyalar və IP ünvanlar olacaq. Twitter-dəki bəyanatında Will Cathcart messencerin yeni konfidensiallıq qaydaları barəsində olan müzakirələrə reaksiya vermək qərarına gəlib. O bildirib ki, messencerdəki mesajlar və zənglər end-to-end şifrələnməsinə sahibdirlər və qüvvəyə minəcək yeni konfidensiallıq qaydaları bu özəlliyi ləğv etməyəcək.


    “Biz, konfidensiallıq siyasətini ona görə yenilədik ki, o, daha şəffaf olsun və insanların biznes ilə qarşılıqlı əlaqələrini yaratmağa imkan verən funksiyaları daha yaxşı əks etdirsin. Bizim üçün vacib açıqlama ondan ibarətdir ki, bu yenilənmələr biznes ünsiyyətini əhatə edirlər və insanların öz dostları və ya ailə üzvləri ilə ünsiyyətlərinə şamil olunmurlar” - deyə Will Cathcart qeyd edib.

    Bununla yanaşı o bildirib ki, Whatsapp 2 milyard istifadəçi kütləsinə sahibdir və hərgün 175 milyona yaxın insan biznes yönümlü isitfadəçi hesablarına mesajlar göndərir. Qeyd etmək lazımdır ki, bu yeni konfidensiallıq qaydalarının qüvvəyə minəcəyi barəsində rəsmi xəbərin verilməsindən sonra Telegram-ın yaradıcısı Pavel Durov messencerin bu qərarını sərt şəkildə tənqid edib və Facebook-a çox sadə bir məsləhət verib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ən çox konfidensial məlumat yığan servislərin reytinqi tərtib olunub

Apple sayəsində iOS istifadəçiləri bu və ya digər tətbiqin hansı konfidensial məlumatları yığdığını ..


Almaniya hökuməti Facebook-a Whatsapp istifadəçilərinin məlumatlarını yığmağı qa..

Almaniya dünyada ilk dəfə Facebook-un Whatsapp istifadəçilərinin məlumatlarını yığmasını qanun səviy..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçi hesabları ..

Son zamanlarda Whatsapp messenceri yeni konfidensiallıq siyasətinə görə sərt şəkildə tənqid olunur. ..


Clubhouse-un Android versiyası bəzi istifadəçilər üçün təqdim olunub

iOS-də istifadəyə verilməsindən 1 il sonra Clubhouse sosial şəbəkəsi sonunda Android üçün təqdim olu..


Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək...


Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib...

×