Whatsapp yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşdıracaq

Whatsapp yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşdıracaq

Sosial Media
22.02.2021 PAYLAŞIM

    Whatsapp yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşdıracaq. Bu cür istifadəçi hesabları qəbul olunan mesajları oxuya və digər şəxslərə mesaj göndərə bilməyəcəklər. Bu barədə Techcrunch saytı xəbər verib. Qeyd etmək lazımdır ki, yaxın bir neçə ay ərzində sözügedən messencerə yeni konfidensiallıq qaydası əlavə ediləcək. Həmin qaydaya əsasən Whatsapp istifadəçilərinin bir sıra məlumatları Facebook-a ötürüləcək. Sözügedən yeni konfidensiallıq qaydası hələ bu ay messencerə inteqrasiya edilməli idi.

    Lakin istifadəçilərin kütləvi narazıqlıqları səbəbilə proses may ayına təxirə salındı. Məlumata əsasən əgər istifadəçilər yeni şərtləri qəbul etməsələr onlar qısa müddət ərzində sadəcə messencer üzrə bildirişləri əldə edə və zənglər reallaşdıra biləcəklər. Lakin bu halda insanlar arasında mesajlaşma mümkün olmayacaq. Bildirişlərin qəbulu və zənglərin edilməsi özəllikləri isə bir neçə həftədən sonra deaktiv ediləcək. Yeni şərtləri qəbul etməmiş istifadəçi hesabları aktiv olmayan hesablar kimi qəbul ediləcəklər və 120 gündən sonra silinəcəklər. Yaxın həftələrdə messencerin daxilinə yeni konfidensiallıq siyasəti barəsində ətraflı məlumatı özündə əks etdirəcək banner yerləşdiriləcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-a yeni funksiyalar əlavə edilib

Telegram tərtibatçıları mütəmadi olaraq messencerin funksionallıqlarını genişləndirirlər. ..


Google şirkətinin iOS cihazlarda hansı istifadəçi məlumatlarını yığdığı məlum ol..

App Store-da tətbiqlərin yerləşdirilməsi siyasətində dəyişikliklərin reallaşdırılmasından sonra Goog..


Pavel Durov Telegram-da reklam strategiyasının necə olacağından danışıb

Keçən ilin dekabr ayında Pavel Durov bildirmişdi ki, Telegram-ın gəlir gətirmə vaxtı gəlib çatıb...


Facebook şirkəti Clubhouse analoqu üzərində çalışır

Facebook şirkəti son günlər çox məşhurlaşmış ClubHouse adlı sosial şəbəkəyə bənzəyən audioçat sistem..


Yeni funksiya Whatsapp-ın qıcıqlandıran problemini aradan qaldıracaq

Messencerlər vasitəsilə əldə olunan səsli mesajlara çox zaman kənar insanlar arasında qulaq asmaq uy..


Facebook iOS istifadəçilərdən məlumatların yığılması üzrə icazə almağa başlayıb..

Facebook bütün dünya üzrə Facebook və Instagram istifadəçi hesablarından məlumatların reklam targeti..

×