main-post-cover

    WhatsApp, yeni videozəng xüsusiyyətlərini təqdim edib!

    Sosial Media
    14.06.2024
    Farid Pardashunas

         WhatsApp, yeni videozəng xüsusiyyətlərini təqdim edib. Artıq videozənglərdə daha çox iştirakçı ilə bərabər səsli videolar da paylaşmaq mümkündür. 

         WhatsApp-ın yeni ekran paylaşma xüsusiyyəti ilə siz artıq zənglər zamanı videolarınızı dostlarınızla paylaşarkən eyni zamanda səsinizi də paylaşa bilərsiniz. WhatsApp, həmçinin videozənglərdə iştirak edənlərin say limitini 32 nəfərə qədər artırdığını açıqlayıb. Əvvəllər bu limit, maksimum 8 nəfərlə kifayətlənirdi. Digər yeni bir xüsusiyyət sayəsində isə artıq hər hans bir şəxs danışdığı zaman onun şəkli iştirakçılar siyahısında birinci görünür, yəni ön plana çıxarılır. Ona görə də kimin danışdığını müəyyən etmək artıq daha asan hala gəlir.
         WhatsApp, həmçinin daha keyfiyyətli zənglər üçün bu yaxınlarda MLow codec-inə keçdiyini vurğulayıb. Səs-küy və əks-sədanın ləğvi xüsusiyyəti ilə səs-küylü mühitlərdə daha yaxşı səs keyfiyyəti təmin etməklə yanaşı, yeni codec, daha sürətli əlaqəyə malik istifadəçilərə daha yüksək ayırdetmə ilə zənglər etmək imkanını verir. WhatsApp, yeniləmənin yaxın bir neçə həftə ərzində əlçatan olacağını bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Doğum gününü daxil etməyənlər WhatsApp-dan istifadə edə bilməyəcəklər!
    dogum-gununu-daxil-etmeyenler-whatsapp-dan-istifade-ede-bilmeyecekler
    Elon Musk-ın "WhatsApp təhlükəsiz deyil" iddiasına cavab gəlib!
    elon-musk-in-whatsapp-tehlukesiz-deyil-iddiasina-cavab-gelib
    WhatsApp-da süni zəka vasitəsilə profil fotosu tərtib etmək mümkün olacaq
    whatsapp-da-suni-zeka-vasitesile-profil-fotosu-tertib-etmek-mumkun-olacaq
    Dövlət orqanları WhatsApp-ın gizli boşluğundan istifadə edərək istifadəçiləri izləyirlər
    dovlet-orqanlari-whatsapp-in-gizli-boslugundan-istifade-ederek-istifadecileri-izleyirler
    WhatsApp, uzun illərdir eyni olan söhbət qabarcıqlarının rəngini dəyişməyə imkan verəcək!
    whatsapp-uzun-illerdir-eyni-olan-sohbet-qabarciqlarinin-rengini-deyismeye-imkan-verecek