
WhatsApp yeni zəng funksiyasını əldə edəcək
Sosial Media
25.04.2024
Farid
WhatsApp-ın Android üçün nəzərdə tutulmuş yeni beta versiyasında iki yeni funksiya aşkar edilib. Birinci funksiya istənilən mobil telefon və ya smartfon istifadəçisinə tanış olan funksiyadır. Lakin bununla belə sözügedən funksiya WhatsApp-da ilk dəfə istifadəyə veriləcək. Söhbət, standart zəng interfeysindən gedir. Bütün mobil cihazlarda mövcud olan bu özəllik yaxın zamanda WhatsApp-a da inteqrasiya ediləcək.

Bu funksiya smartfonun öz kontaktlar siyahısında olmayan WhatsApp kontaktlarına zəng etmə mümkünlüyünə işarə edir. Bu funksiya istifadəçiləri hər hansısa nömrəni müəyyən müddətlik kontaktlar siyahısına daxil etmək kimi prosesdən azad edəcək. Messencerin yeni beta versiyasında aşkar edilmiş ikinci yeni funksiya isə Hidden Group adlanır. Bu funksiya messencerin icmalar bölməsindəki qruplara yalnız xüsusi dəvət almış istifadəçilərin daxil olmalarına şərait yaradacaq. Hal-hazırda bu funksiyalar test mərhələsindədirlər. Onların stabil WhatsApp-da nə zaman istifadəyə veriləcəkləri bilinmir.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
