Wikipedia da “Year in Review” trendinə qoşuldu
Sosial Media
08.12.2025
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Wikipedia “Year in Review”, yəni ilin şəxsi icmalını istifadəyə verib. Bu funksiyadan yararlanmaq üçün mobil tətbiqi yükləmək və il ərzində ondan istifadə etmək kifayətdir. Görünür ki, Wikimedia Foundation bu yeniliklə tətbiqin yüklənmələrini artırmağı da hədəfləyir.
2025-ci il üçün hazırlanan Wikipedia Year in Review xüsusiyyətləri hələlik məhduddur. Tətbiq sizə neçə dəqiqə Wikipedia oxuduğunuzu və ən çox hansı mövzulara baxdığınızı göstərir.
Şəxsi statistikanı təqdim etməklə yanaşı, funksiya ümumilikdə Wikipedia-da ilin necə keçdiyini də vizual və cəlbedici formatda nümayiş etdirir. Şirkətin məlumatına görə, il ərzində könüllü redaktorlar platformada 66 milyondan çox dəyişiklik ediblər.
İstifadəçilər “Year in Review” bölməsini tətbiqi açan kimi pop-up şəklində görə bilərlər. Əgər görünməzsə, Android-də “more” bölməsindən, iOS-da isə profil səhifəsindən daxil olmaq mümkündür.
Paylaş