
Windows üçün Whatsapp-ın yeni versiyası istifadəyə verilib
Sosial Media
27.03.2023
Emil
Whatsapp tərtibatçıları messencerin Windows üçün nəzərdə tutulmuş tətbiqinin yeni versiyasını istifadəyə veriblər. Whatsapp-ın Windows üçün olan yeni versiyası daha yaxşı çalışması ilə yanaşı həmçinin qrup zəngləri məsələsində yeni funksiyalar əldə edib. Bununla yanaşı yeni tətbiq daha sürətlə çalışır. Beləliklə messencerin Windows üçün olan yeni versiyası 8 nəfərin iştirakı ilə qrup videozənglərini dəstəkləyir. Bununla yanaşı videozənglər end-to-end şifrələnməsi ilə qorunurlar. Üstəlik yeni tətbiq 32 nəfərin iştirakı ilə reallaşdırılan audiozəngləri də dəstəkləyir. Meta-nın verdiyi məlumata əsasən həm video həm də audiozənglərdə olan iştirakçı sayının artımı reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, Whatsapp-ın Windows üçün olan yeni versiyasının framework-u dəyişdirilib. Bu isə öz növbəsində messencerin performasını və çalışma sürətini yüksəldir. Windows üçün Whatsapp-ın yeni versiyasını Microsoft Store-dan yükləmək olar.
Paylaş
Bənzər xəbərlər