
İndiyənə kimi YouTube videoservisinin ən çox izlənmiş videosu “Gangnam Style” baxış sayına görə digər bir videodan geridə qaldı.
Belə ki, Wiz Khalifa-nın “The Fats and the Furious 7” filmi üçün olan “See You Again” klipi, PSY-ın məşhur “Gangnam Style” mahnısını YouTube-da baxış sayına görə geridə qoyub. Vəfat etmiş aktyor Paul Walker-in xatirəsinə həsr olunmuş “See You Again” klipi, 3 milyarda yaxın baxış sayı yığıb. Qeyd etmək lazımdır ki, sözügedən klip, 2015-ci ilin Aprel ayında təqdim olunmuşdu. Bundan əvvəl isə PSY-ın məşhur “Gangnam Style” klipi, YouTube-un 1 milyard baxış sayını keçmiş ilk videosu titulunu özündə qoruyub saxlayırdı. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə YouTube bildirmişdi ki, videoservis hər ay 1.5 milyard qeydiyyatdan keçmiş istifadəçiyə sahibdir və həmin istifadəçilərdən hər biri gün ərzində mobil telefon vasitəsilə orta göstəriciyə əsasən 1 saat video izləyirlər.
Şərh yoxdur