Logo
    main-post-cover

    X “custom timelines” funksiyasını istifadəyə verdi

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, X platforması istifadəçilər üçün “custom timelines” adlı yeni funksiyanı təqdim edib. Şirkətin məhsul rəhbəri Nikita Bier bu yeniliyi platformada “ən böyük dəyişikliklərdən biri” kimi qiymətləndirib.
        Yeni funksiya istifadəçilərə maraq dairələrinə uyğun mövzular əsasında fərqli lentlər yaratmağa imkan verir. İstifadəçilər bu mövzuları əsas səhifəyə “pin” edərək, istədikləri zaman həmin mövzular üzrə paylaşımlara keçid edə bilirlər. Məsələn, yemək, incəsənət, fotoqrafiya, biznes, maliyyə, film və seriallar daxil olmaqla 75-dən çox mövzu seçmək mümkündür.
        Bu sistem Grok süni intellektinin postları analiz etməsi və platformanın şəxsləndirmə alqoritmləri ilə birlikdə işləməsi əsasında qurulub. Yəni istifadəçi hansı mövzularla daha çox maraqlanırsa, həmin lentlər daha dəqiq və uyğun məzmun təqdim edir. Funksiya konsept baxımından Bluesky və Threads platformalarında mövcud olan “custom feed” sisteminə bənzəyir və bu platformalarda artıq bir neçə ildir istifadə olunur.
        Hazırda “custom timelines” erkən giriş mərhələsindədir və yalnız Premium abunəçilər üçün iOS cihazlarda aktivdir. Yaxın zamanda Android istifadəçiləri üçün də istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, X platforması “For You” lentində müəyyən mövzuları müvəqqəti gizlətmək üçün yeni “snooze” funksiyasını da təqdim edib. Bu alət vasitəsilə istifadəçilər siyasət və ya idman kimi mövzuları 24 saatlıq lentdən çıxara biləcəklər.
     
    Paylaş