main-post-cover

    X-də (keçmiş Twitter) audio və video zənglər funksiyası istifadəyə verilib

    Sosial Media
    26.10.2023
    Emil Nəcəfov
         Elon Musk-ın daha öncə də planlaşdırdığı və barəsində çox danışdığı audio və video zənglər funksiyası X-də (keçmiş Twitter) istifadəyə verilib. Funksiya artıq bəzi X istifadəçiləri üçün aktivləşdirilib. Müxtəlif messencerlərdən fərqli olaraq X-də audio və ya video zənglərin reallaşdırılması üçün istifadəçilərin öz aralarında mobil nömrə mübadiləsini aparmağa ehtiyac yoxdur. Funksiyanın istifadəyə verilməsi hələ rəsmi şəkildə elan edilməsə də X istifadəçiləri platformaya daxil olan zaman bu barədə bildirişi əldə etməyə başlayıblar.
         Funksiyanın ayarlarında onu deaktiv etmək və hansı istifadəçilər tərəfindən zənglərin edilə biləcəyini seçmək olar. Variantlar arasında yalnız X Premium istifadəçiləri, yalnız abunə olunmuş istifadəçilər və kontaktlar siyahısındakı istifadəçilər var. İstifadəçi öz istəyinə uyğun olaraq bir neçə variantı seçə bilər. Audio və ya video zəngi reallaşdırmaq üçün isə lazımi şəxs ilə olan özəl mesaja daxil olub yuxarı sağ hissədəki müvafiq ikona klikləmək lazımdır. Audio və video zənglər funksiyasının hamı üçün və ya yalnız X Premium istifadəçiləri üçün aktiv olduğu bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk X üçün (keçmiş twitter) iki yeni tarif planını anons edib
    elon-musk-x-ucun-kecmis-twitter-iki-yeni-tarif-planini-anons-edib
    Elon Musk X-i (keçmiş Twitter) Avropada deaktiv edə bilər
    elon-musk-x-i-kecmis-twitter-avropada-deaktiv-ede-biler
    X-in (keçmiş Twitter) yeni istifadəçiləri məcburi illik ödəniş etməli olacaqlar
    x-in-kecmis-twitter-yeni-istifadecileri-mecburi-illik-odenis-etmeli-olacaqlar