X-də (keçmiş Twitter) ödənişli qeydiyyat planlaşdırılır
Sosial Media
13.01.2025
Emil
Elon Musk sahibi olduğu X (keçmiş Twitter) sosial şəbəkəsi ilə bağlı təcrübələr aparmağa davam edir. Bu dəfə Musk sözügedən sosial şəbəkədəki paylaşımlarda tarixlərin aradan qaldırmağa hədəflənib. Bununla yanaşı X-də qeydiyyat üçün bir dəfəlik 8$ ödənişin edilməsi planlaşdırılır. Məlumatda qeyd edilib ki, Musk-ın fikrincə paylaşımlardan tarixlərin aradan qaldırılması ana səhifənin ümumi vizual görüntüsünü yaxşılaşdıracaq. Faktiki olaraq tarixlər olduqları kimi qalacaqlar.
Sadəcə olaraq onları görmək üçün hər bir posta daxil olmaq lazım gələcək. Lakin istifadəçilər bu addımı tənqid edirlər. Belə ki, onlar bu və ya digər məlumatın aktuallığını təyin etməkdə çətinlik yaşayacaqlarından narahatdırlar. Bununla yanaşı məlumata əsasən X-də qeydiyyatdan keçmək istəyəcək yeni istifadəçilər 8$ həcmində bir dəfəlik ödəniş etməli olacaqlar. Bununla belə bu ödəniş özündə X Premium abunəliyini də birləşdirəcək. Bu addım botlarla mübarizəyə və X-in gəlirlərinin artırılmasına istiqamətlənib. Qeyd etmək lazımdır ki, Musk-ın 2022-ci ildə Twitter-i almasından sonra bu platformanın reklam gəlirləri kəskin şəkildə aşağı düşdü.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
Elon Musk: "2025-ci ilin sonuna kimi süni zəka istənilən insanın zəkasından daha güclü olacaq"
Elon Musk müxtəlif mövzular barəsində proqnozlar verməyi sevməklə tanınır. Bu dəfə o, süni zəka sahəsi ilə bağlı növbəti proqnozunu verib.
Proqram Təminatı
Elon Musk, X Mail adlı yeni elektron poçt servisini işə sala bilər
Ortaya çıxmış məlumata əsasən Elon Musk yeni elektron poçt xidmətini işə sala bilər. Məlumatda qeyd edilib ki, bu cür elektron poçt xidməti X Mail adlana bilər.
Digər
Elon Musk ilə ABŞ hökuməti arasında gərginlik yaşanmağa başlanıb!
Elon Musk və ABŞ hökuməti arasındakı münasibətlər gərginləşib. Elon Musk və SpaceX-in ABŞ-ın federal qurumları tərəfindən araşdırıldığı məlum olub. Musk isə baş verənlərə sərt reaksiya göstərib.
Tech-Biznes
Elon Musk, OpenAI şirkətinin yeganə rəhbəri olmaq istəyibmiş
Elon Musk bu il ərzində OpenAI şirkətini 3 dəfə məhkəməyə verib. İl ərzində qaldırılmış hər 3 məhkəmə iddiasında Musk tərəfindən qeyd edilmiş arqumentlərdən biri də o idi ki, OpenAI şirkəti qeyri-kommersiya məqsədli təşkilat şəklində çalışmaq missiyasından imtina edərək kommersiya məqsədli şirkət fəaliyyətinə keçid edib.
Tech-Biznes
Elon Musk sərvəti 400 milyard dolları keçən ilk insan kimi adını tarixə yazdırıb!
Elon Musk 400 milyard dollarlıq sərvəti keçərək bunu bacaran ilk insan kimi tarixə düşüb. Bəs Musk bu rəqəmə necə nail olub?
Ən çox oxunanlar