Logo
    main-post-cover

    X-də (Twitter) aylıq abunəlik ikonunun gizlədilməsi imkanı istifadəyə verilib

    Sosial Media
    03.08.2023
        X platforması (keçmiş adı Twitter) öz istifadəçilərinə aylıq abunəliyə daxil olan göy rəngli təsdiq ikonunun gizlədilməsi imkanını verib. Qeyd etmək lazımdır ki, şirkət keçən il Twitter Blue abunəliyini istifadəyə vermişdi və bu abunəliyə keçid edən istifadəçilər göy rəngli təsdiq ikonunu əldə edirdilər. İndi isə şirkətin rebrendinqi çərçivəsində sözügedən abunəliyin adı X Blue-ya dəyişib.
        X platformasının dəstək xidmətinin administrasiyası bildirib ki, istifadəçi öz hesabındakı göy rəngli təsdiq ikonunu gizlətdiyi halda həmin ikon bəzi səhifələr tərəfindən görünə bilər. Adi halda isə istifadəçi təsdiq ikonunu gizlədən zaman o həm hesabda həm də paylaşımlarda görünməyəcək. Lakin aylıq abunəlikdə olan bəzi funksiyalar hələ də istifadəçinin aktiv abunəliyə sahib olduğuna işarə edə bilərlər. Qeyd etmək lazımdır ki, istifadəçi təsdiq ikonunu hesab ayarlarından gizlədə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    X-də (Twitter) aylıq abunəlik ikonunun gizlədilməsi imkanı istifadəyə verilib | Technote