Logo
    main-post-cover

    X, dünya nəhənglərini məhkəməyə verir!

    Sosial Media
    07.08.2024
    Aslan

         Əvvəllər Twitter kimi tanınan X sosial şəbəkəsi, Mars, Unilever və CVS Health də daxil olmaqla bir neçə böyük reklamçı şirkəti məhkəməyə verir. Keçmişdə bir müddət X platformasında reklam verən bu şirkətlər, boykot və buna bənzər iddialara görə məhkəməyə verilmişdi.

         CEO Linda Yaccarino-nun bu yaxınlarda dərc etdiyi açıq məktubunda bildirdiyi kimi, sözügedən məhkəmə prosesləri əslində Global Alliance for Responsible Media-ya (GARM) qarşı açılan antiinhisar iddiasının bir hissəsidir. Yaccarino iddia edir ki, sözügedən reklamçılar X-inqanunsuz boykotunda” iştirak ediblər. O qeyd edir ki, bu boykot platformanın idman azarkeşləri, oyunçular, jurnalistlər, fəallar, valideynlər və liderlərdən ibarət müxtəlif istifadəçi bazasına zərər vurmaq məqsədi daşıyır.
         Global Alliance for Responsible Media və ya GARM, Ümumdünya Reklamçılar Federasiyasının bir hissəsidir. Onlayn reklam üçün tələb olunan təhlükəsizlik tədbirləri və s. qaydaları müəyyən edən qurum yuxarıda qeyd olunan hallara görə məsuliyyət daşıyır. X-in irəli sürdüyü ittiham aktına görə, müxalif qruplar milyardlarla dollarlıq reklam gəlirini X platformasından uzaq tutmaq üçün böyük şirkətlərlə işləyirlər.
         Məsələ ilə bağlı X platformasının sahibi Elon Musk, açıqlamasında “2 il ərzində nəzakətli olmağa çalışdıq və boş sözlərdən başqa heç bir şey əldə etmədik. İndi isə müharibə var” deyə bəyanat verib.
    Paylaş