X (keçmiş Twitter) istifadəçilərin biometrik məlumatlarını yığacaq

X (keçmiş Twitter) istifadəçilərin biometrik məlumatlarını yığacaq

Sosial Media
01.09.2023 PAYLAŞIM

    X sosial şəbəkəsi (keçmiş Twitter) öz konfidensiallıq siyasətində bəzi dəyişikliklər edib. Belə ki, sosial platforma öz konfidensiallıq siyasətinə istifadəçilərin identifikasiya məqsədləri üçün onların biometrik məlumatların yığılması bəndini əlavə edib. Bununla yanaşı istifadəçilərə lazımi vakansiyaların, onlar barəsində məlumatların potensial işəgötürənlərə təqdim edilməsi və daha yaxşı hədəflənmiş reklamların sərgilənməsi istiqamətində platforma istifadəçilərin məşğulluq və təhsil ilə bağlı məlumatlarını da əldə edəcək.

    “Sizin razılığınızla biz təhlükəsizlik, məlumatların qorunması və identifikasiya məqsədləri üçün sizin məlumatlarınızı yığa və onları istifadə edə bilərik” - edeyə şirkətin yeni konfidensiallıq siyasətində qeyd edilib. Bununla belə konfidensiallıq siyasətində istifadəçinin hansı biometrik məlumatlarının yığılacağı və onların necə istifadə olunacaqları barəsində məlumat qeyd edilməyib. Şirkət həmçinin istifadəçilərin məşğulluq və təhsil ilə bağlı məlumatlarını yığacağı barəsində məlumatı da bildirib. Qeyd etmək lazımdır ki, keçən həftə şirkət X Hiring adlı platformanı istifadəyə vermişdi. Sözügedən platforma vasitəsilə şirkətlər öz vakansiyalarını X-də yerləşdirə bilərlər.




DAHA ÇOX


Whatsapp-da yaxın zamanda süni zəka funksiyaları istifadəyə veriləcək

Meta Connect tədbiri çərçivəsində Whatsapp tərtibatçıları yaxın zamanda messencerə əlavə ediləcək ye..


Whatsapp-a yeni vacib təhlükəsizlik funksiyası əlavə ediləcək

Whatsapp-ın 2.23.20.4 nömrəli yeni beta versiyasında yeni maraqlı funksiyanın testinə start verilib...


Instagram hesabını silmədən Threads-dəki hesabı silmək mümkün olacaq

Meta şirkəti Threads adlı yeni sosial şəbəkəsini istifadəyə verəndən sonra bir mövzu ilə bağlı istif..


Whatsapp yaxın zamanda bəzi köhnə smartfonlarda artıq çalışmayacaq

Whatsapp yaxın zamanda köhnə Android dəstəkli smartfonlarda artıq çalışmayacaq.


Whatsapp Business üçün iki yeni funksiya anons edilib

Whatsapp şirkətlərə və onların müştərilərinə bəzi prosesləri daha sürətli şəkildə yerinə yetirməyə i..


Youtube-da kontent yaradıcıları üçün daha çox süni zəka funksiyası istifadəyə ve..

Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün bir n..

×