X (keçmiş Twitter) süni zəka alqoritmlərinin təlimatlandırılmalarında istifadəçilərin məlumatlarından istifadə edəcək

X (keçmiş Twitter) süni zəka alqoritmlərinin təlimatlandırılmalarında istifadəçilərin məlumatlarından istifadə edəcək

Sosial Media
05.09.2023 PAYLAŞIM

    X (keçmiş Twitter) sosial şəbəkəsi süni zəka modellərinin təlimatlandırılmaları prosesində öz istifadəçilərinin məlumatlarını və açıq mənbələrdən olan məlumatları istifadə edəcək. Şirkətin yenilənmiş konfidensiallıq siyasətində qeyd edilib ki, o, machine learning alqoritmlərinin təlimatlandırılmaları üçün özü tərəfindən yığılan məlumatları və açıq mənbə şəklində yerləşən istənilən məlumatı istifadə etməyi planlaşdırır. X-in sahibi olan Elon Musk şirkətin konfidensiallıq siyasətindəki bu dəyişikliyi təsdiqləyib.

    Lakin bununla belə Musk bildirib ki, şirkət süni zəka modellərinin təlimatlandırılmaları prosesində istifadəçilərin yalnız açıq mənbə şəklində yerləşən məlumatlarından istifadə edəcək. Yəni mesajlardan və ya digər özəl məlumatlardan bu prosesdə istifadə edilməyəcək. Qeyd etmək lazımdır ki, hələ keçən həftə məlum oldu ki, X istifadəçilərin biometrik və məşğulluq məlumatlarını da yığacaq. Məşğulluq ilə bağlı məlumatların yığılması məsələsində şirkət bildirmişdi ki, bu, istifadəçilərə uyğun iş vakansiyalarının təklif olunması üçün ediləcək. Görünür, Musk X vasitəsilə həmçinin LinkedIn-in də alternativini yaratmaq istəyir.




DAHA ÇOX


Whatsapp-da yaxın zamanda süni zəka funksiyaları istifadəyə veriləcək

Meta Connect tədbiri çərçivəsində Whatsapp tərtibatçıları yaxın zamanda messencerə əlavə ediləcək ye..


Whatsapp-a yeni vacib təhlükəsizlik funksiyası əlavə ediləcək

Whatsapp-ın 2.23.20.4 nömrəli yeni beta versiyasında yeni maraqlı funksiyanın testinə start verilib...


Instagram hesabını silmədən Threads-dəki hesabı silmək mümkün olacaq

Meta şirkəti Threads adlı yeni sosial şəbəkəsini istifadəyə verəndən sonra bir mövzu ilə bağlı istif..


Whatsapp yaxın zamanda bəzi köhnə smartfonlarda artıq çalışmayacaq

Whatsapp yaxın zamanda köhnə Android dəstəkli smartfonlarda artıq çalışmayacaq.


Whatsapp Business üçün iki yeni funksiya anons edilib

Whatsapp şirkətlərə və onların müştərilərinə bəzi prosesləri daha sürətli şəkildə yerinə yetirməyə i..


Youtube-da kontent yaradıcıları üçün daha çox süni zəka funksiyası istifadəyə ve..

Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün bir n..

×