Logo
    main-post-cover

    X (keçmiş Twitter) üzərindən kənar resurslara keçiddə gecikmələr müşahidə edilib

        İstifadəçilər aşkar ediblər ki, X daxilində (keçmiş Twitter) digər sosial şəbəkələrə və Elon Musk tərəfindən bəyənilməyən xəbər servislərinə keçid zamanı 5 saniyəlik gecikmə yaşanır. Müəyyən müddətdən sonra bu məhdudiyyət aradan qaldırılıb. 5 saniyəlik gecikmə Reuters New York Times xəbər resurslarına, o cümlədən Facebook, Instagram, BlueskySubstack kimi sosial şəbəkələrə keçid etmək cəhdlərində yaşanıb. Qeyd etmək lazımdır ki, bu resurslar müxtəlif zamanlarda Musk tərəfindən tənqid edilib. X administrasiyası bu mövzuda heç bir fikir bildirməsə də, müəyyən müddətdən sonra 5 saniyəlik gecikmə məhdudiyyəti nisbətən aradan qaldırılıb.
        Nəticədə müəyyən resurslar üçün keçid gecikməsi sıfıra endirilib. Bununla belə bu məhdudiyyətin bütün resurslar və ya bəzi resurslar üçün aradan qaldırıldığı bilinmir. Məlumata əsasən X-dən müəyyən resurslara keçid zamanı yaşanmış 5 saniyəlik gecikmə linklərin qısaldılması üzrə şirkətin daxili xidməti (t.co) tərəfindən reallaşdırılıb. Bu xidmət X-dən istənilən xarici resursa keçid zamanı işə düşür. İlk əvvəl sözügedən xidmət bu cür keçidlərin təyin edilməsində istifadə edilirdi. Lakin indi o, bu cür keçidlərin məhdudlaşdırılmasında istifadə edilib.
        Bu üsul ilə Musk bəyənmədiyi resursları trafikdən və reklam gəlirlərindən məhrum edir. İnternet şirkətlər öz saytlarının sürətli şəkildə açılmaları üçün milyonlarla dollar vəsait sərf edirlər. Belə ki, bu və ya digər saytın gec açıldığı zaman istifadəçi öz səbrini itirərək digər saytlara keçid etməyi üstün tutur. Google şirkətinin 2016-cı ildə aparmış olduğu araşdırmaya əsasən əgər hər hansısa saytın açılmasına 3 saniyədən çox vaxt sərf edilirsə istifadəçi həmin saytı bağlayır və digərinə keçid edir. New York Times bildirib ki, X-də 5 saniyəlik gecikmə məhdudiyyəti təyin olunandan sonra onun bu sosial şəbəkədən olan trafiki ani olaraq aşağı düşüb.
    Paylaş
    Bənzər xəbərlər