Xanımların mütləq izləməsi lazım olduğu 5 azərbaycanlı  youtuber  xanım

Xanımların mütləq izləməsi lazım olduğu 5 azərbaycanlı youtuber xanım

22.07.2017 PAYLAŞIM

Azərbaycanda "Youtuberlik sənəti"nin kifayət qədər inkişaf etməməsinin əsas günahını elə izləyicilərdə görmək olar. Doğrusunu yazsaq, ölkənin Youtube trendlərinə nəzər saldıqda, əslində acınacaqlı bir Youtube mədəniyyətinin olduğunu görə bilərik. Bu acınacaqlı vəziyyətə buradan baxa bilərsiniz. (məsləhətdir ki, heç baxmayasınız) Lakin tam keçid dövründə bu mədəniyyəti Azərbaycanda formalaşdırmağa çalışan və sevdiyi işi görərək pul qazanan youtuberləri də unutmaq olmaz. Xüsusilə bu sektorda xanımların aktivliyi kişilərə nisbətən daha çoxdur. (Səbəb az sonra bilinəcək) Apardığımız kiçik araşdırma onu göstərir ki, Azərbaycanda ən çox izlənən meyxana kanalları ilə bərabər bir spesifik sektor da var ki, izləyicinin əsas seçimidir. Söhbət məhz xanımların maraq saldığı bir sahə - Makeup, gözəllik və baxımdan gedir. 

Çoxumuz Azərbaycanda normal Youtube izləyicisinin (Seriala və meyxanaya baxmayan) olmadığından şikayətlənsək də, son olaraq əldə etdiyimiz məlumatlara əsasən Azərbacyanda Youtube izləyənlərin 30%-i Türk youtube kanallarına daha çox maraq salır. Bura əyləncə və oyun kanalları daxildir. Son zamanlarda 12 yaş üzərində olan uşaqların da ölkəmizdə youtuberliyə başlaması əslində gələcək üçün yaxşı mesaj verir. 


Bu məqaləmizdə öz əməyi və əziyyəti ilə iş görən və izləyicilərini məmnun edən azərbaycanlı xanımların Youtube kanalları ilə sizləri tanış edəcəyik. Təbii ki, kanaları seçən zaman izləyici, abunə və videoların davamlılığını nəzərə almışıq. Qısacası Technote olaraq sizə azərbaycanlı xanımlar tərəfindən yaradılan bu 5 youtube kanalını məsləhət görə bilərik.

1. Turana Zeynalova

Makiyaj, gözəllik, baxım və moda ilə bağlı video bloqalar çəkən Turana Zeynalova kanalında 16.968 izləyiciyə və 3.000.000- yaxın baxış sayına sahibdir və bugünə qədər 143 video yayımlayıb. 

2. Səma Abıyeva

Gözəllik və baxım mövzusunda xanımların inandığı bir sima olan Səma Abıyevanın nə az nə çox düz 37.408 youtube izləyicisi və 11.000.000 baxış sayı var. Bugünə qədər kanalda 201 video yayımlanıb.

3. Visagebyays -  Aysel Hüseynova

Yenə eyni kateqoriyalarda fəaliyyət göstərən Aysel xanımın 10.483 izləyicisi var. Kanalında 84 video yayımlayan xanım əsasən gözəllik və həyat tərzi mövzularında videolar çəkir.

4. Eh Laleh

Gözəllik və baxım mövzunda bu kanal digər kanallara nisbətən az abunəyə malik olsa da video keyfiyyətinə görə ön plana çıxır. 4.4000 abunəyə malik kanalda 32 video yerləşdirilib. Kanal 8 aydır fəaliyyətə başladığı üçün yeni sayıla bilər.

5. Turanə Hüseynli

Gözəllik və baxım mövsundan kənar bir kanalla qarşımızda olan Turanə, videolarını mükəmməl keyfiyyətdə təqdim edir. Turana Hazırlayır adı altında yayımlanan videolara ac baxmaq məsləhət deyil. Kanalın 3.677 abunəsi mövcuddur və kanalda 24 video yerləşdirilib.

BONUS: Just Aygun 

Əsasən səyahət mövzularında videoların yayımlandığı bu kanalı da unutmaq olmaz. 3829 abunəyə malik kanalda 141 video yerləşdirilib.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qlobal taxi tətbiqlərinin Instagram səhifəsində yerli taxi xidməti?

Bugün səhər saatlarında sosial mediada yayımlanan ekran görüntüləri görənləri təəccübləndirib...


İmzanı Azercell ilə tanıt!

Azercell ölkəmizin istedadlarına dəstək verir.


YouTube uşaqlar üçün olan bütün kontenti ayrıca tətbiqə keçirdə bilər..

Uşaqlar üçün nəzərdə tutulmuş videolar YouTube servisində ən məşhur video kateqoriyalarından biridi..


Azercell-in dəstəklədiyi 'İdeyadan Biznesə' layihəsi çərçivəsində startap turla..

“I2B - İdeyadan Biznesə” layihəsi startaplara dəstək olmaq, eləcə də innovativ ideyaların həyata keç..


Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

Ötən il təhsil sahəsində beynəlxalq olimpiadalarda yüksək göstəricilərə imza atan məktəblilərimiz bu..


Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir

Azercell-in dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidməti çətinliyi olan uşaqların yanındadır..

×