main-post-cover

    Yaxın dostlar ilə ünsiyyət üçün olan Instagram Threads messenceri istifadəyə verildi

    Sosial Media
    04.10.2019
    Farid Pardashunas
        Keçən il Instagram fotoservisində Close Friends funksiyası işə salınmışdı. Bu funksiya vasitəsilə istifadəçilər öz abunəçiləri arasında yaxın dostları seçirdilər və onların Stories paylaşımları məhz həmin yaxın dostlara göstərilirdi. İndi isə şirkət bu cür kateqoriyalı istifadəçilər üçün xüsusi messencer tətbiqini istifadəyə verib. Bu barədə Gagadget saytı xəbər verib.
        Yeni tətbiqin adı Threads-dir. Tətbiqə daxil olan zaman görmək olar ki, onun əsas səhifəsində kamera bölməsi var. Bu vasitə ilə istifadəçi sürətli şəkildə öz tanışlarına foto və ya video fayl göndərə bilər. Əgər sizin yaxın dostlar siyahınız yoxdursa, tətbiq sizin abunəçiləriniz arasından yaxın dostlar siyahısının tərtib olunmasını təklif edəcək.
        Threads-in əsas fərqləndirici özəlliklərindən biri də statuslar ilə emojilərdir. Onları istifadəçi həm özü ayarlaya həm də avtomatik şəkildə ayarlanmaya qoya bilər. Avtomatlaşdırılmış ayarlanma halında istifadəçinin yerləşdiyi yerdən asılı olaraq messencer onun statusunu dəyişəcək. Məsələn əgər istifadəçi hava limanında olarsa onun Threads-dəki statusunda qeyd olunacaq ki, o, hava limanındadır. Şirkət bildirib ki, o, istifadəçilərin tam dəqiq yerləşmə koordinatlarını təqdim etməyəcək. Threads-i artıq Google Play-dən və App Store-dan yükləmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər