
Yaxın zamanda Whatsapp-da səsli statuslar funksiyası istifadəyə veriləcək
Sosial Media
25.11.2022
Emil Nəcəfov
Whatsapp tərtibatçıları messencerə yeni funksiyalar əlavə etməyə hazırlaşırlar. Onlardan biri də səsli statusların paylaşılması olacaq. Məlumata əsasən sözügedən funksiya messencerin iOS üçün nəzərdə tutulmuş beta versiyasında artıq test edilir. Məlumatda həmçinin qeyd edilib ki, messencerdə 30 saniyəlik səsli statuslar paylaşmaq mümkün olacaq və həmin statuslar end-to-end şifrələnməsinə sahib olacaqlar. Bununla yanaşı ayarlar bölməsində səsli statuslara qulaq asa biləcək istifadəçiləri seçmək də olacaq. Səsli statuslar funksiyasının messencerin stabil versiyasına nə zaman əlavə ediləcəyi bilinmir.

Linki kopyala
Həftənin xəbərləri

