
Yaxın zamanda Whatsapp-da xəbərlər lenti istifadəyə verilə bilər
Sosial Media
23.02.2023
Emil
Whatsapp-da xəbərlər lenti istifadəyə veriləcək. Belə ki, Newsletters adlı yeni funksiya messencerin 2.23.5.3 nömrəli beta versiyasında aşkar edilib. Messencerdə artıq bir mesajı eyni anda bir neçə istifadəçiyə göndərmək imkanı mövcuddur. Lakin xəbərlər lenti bu imkanı daha da genişləndirəcək. Bununla belə sözügedən yenilik təkcə Whatsapp-da deyil, həmçinin Facebook Messenger-də də reallaşdırılacaq. Məlumata əsasən xəbərlər lentində mesajlar end-to-end şifrələnməsinə sahib olmayacaqlar.
Lakin bu cür xəbər lentlərini əhatə edəcək kanalların müəlliflərinin mobil nömrələri ilə abunəçiləri gizli şəkildə saxlanacaq. İlkin növbədə xəbərlər lentində reklam elanlarının və alqoritmik məsləhətlərin əks olunmağı planlaşdırılmır. Xəbərlər lentində mesajlar xronoloji sıralama ilə əks olunacaqlar. Qeyd etmək lazımdır ki, Whatsapp-ın gündəlik aktiv istifadəçi kütləsi 2 milyard insan təşkil edir. Bu kütlənin hətta az hissəsi xəbərlər lentinə maraq göstərsə, bu, messenceri sözügedən sahədə lider təmsilçilərindən birinə çevirə bilər. Xəbərlər lenti həmçinin istifadəçiləri messencerdə daha çox vaxt keçirmələrinə sövq edəcək.
Paylaş
Bənzər xəbərlər