main-post-cover

    Yaxın zamanda Whatsapp-ın köhnə əməliyyat sistemlərində dəstəyi dayandırılacaq

    Sosial Media
    08.09.2021
    Emil Nəcəfov
        Whatsapp tərtibatçıları yaxın zamanda messencerin köhnə əməliyyat sistemli smartfonlarda dəstəyinin dayandırılacağını elan ediblər. Payız fəslindən başlayaraq messencer təkcə köhnə Android smartfonlarda deyil həmçinin bəzi iPhone modellərində və KaiOS ilə çalışan düyməli telefonlarda artıq çalışmayacaq. Whatsapp tərtibatçıları messencerin rəsmi saytında tətbiqin çalışması üçün lazım olan yeni əməliyyat sistemi tələblərini təqdim edblər.
        Beləliklə 1 noyabr tarixindən başlayaraq messencerdən istifadə etmək üçün istifadəçi Andorid 4.1 və ya ondan sonrakı versiyalara, iOS 10 və ya ondan sonrakı versiyalara, KaiOS 2.5 və ya ondan sonrakı versiyalara sahib olmalıdır. Sadalanmış əməliyyat sistemlərinə sahib olmayan istifadəçilər 1 noyabr tarixindən başlayaraq Whatsapp-dan istifadə edə bilməyəcəklər. Bundan əlavə olaraq həmin istifadəçilər üçün messencerin yeni versiyasının quraşdırılması imkanı da deaktiv olacaq. Tərtibatçılar bildiriblər ki, bu halda istifadəçi hətta messencerin veb versiyasından istifadə etmək istəsə də bunun üçün Whatsapp-ın mobil versiyası lazım olacaq.
    Linki kopyala