
Yaxın zamanda X-də (keçmiş Twitter) video formatlı zənglər istifadəyə veriləcək
Sosial Media
11.08.2023
X-də (keçmiş Twitter) yaxın zamanda video formatlı çatlar istifadəyə veriləcək. Bu barədə məlumatı sosial şəbəkənin CEO-su Linda Yaccarino verib. “Yaxın zamanda siz platformada heç kimə telefon nömrənizi təqdim etmədən digərlərinə video formatda zənglər edə biləcəksiniz” - deyə Yaccarino qeyd edib. X-də video formatlı zənglərin istifadəyə verilməsi Elon Musk-ın sözügedən platformanı supertətbiqə çevirmək istəməsi yolunda atılmış növbəti addımdır. X artıq uzun xronometraja sahib videoların yüklənməsi imkanını dəstəkləyir və yaxın zamanda onda ödəniş sistemi də istifadəyə veriləcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...