
Yaxın zamanda YouTube Shorts-a daha uzun videolar yükləmək mümkün olacaq
Sosial Media
04.10.2024
Emil
YouTube özünün qısa videolar servisi olan Shorts-un yeniləndiyini elan edib. Beləliklə 15 oktyabr tarixindən başlayaraq kontent yaradıcıları videoservisə 3 dəqiqəlik Shorts videolarını yükləyə biləcəklər. Bu funksiya 10 dəqiqəlik videoların yüklənməsini mümkün edən TikTok ilə rəqabət fonunda istifadəçilər tərəfindən çox gözlənilirdi. Üstəlik videoservis Shorts videolar üçün şablonlar funksiyasını da istifadəyə verib. Bu funksiya kontent yaradıcılarına digər Shorts videoların formatlarını təkrar istifadə etmək imkanını verir. Bu funksiya trenddə olan kontentlərin yaradılması prosesini sadələşdirsə də, eyni tipli videoların formalaşmasına səbəb ola bilər. Sözügedən yeni funksiya video üzərindəki remiks düyməsi üzərindən aktivləşəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
