main-post-cover

    Yeni funksiya Whatsapp-ın qıcıqlandıran problemini aradan qaldıracaq

    Sosial Media
    09.02.2021
    Emil Nəcəfov
        Messencerlər vasitəsilə əldə olunan səsli mesajlara çox zaman kənar insanlar arasında qulaq asmaq uyğun deyil. Eyni problem messencer vasitəsilə göndərilən videolara da aiddir. Məsələn Whatsapp-da göndərilən video avtomatik olaraq səslə işə düşür. Görünür, Whatsapp tərtibatçıları yaxın zamanda bu problemi aradan qaldıracaqlar. Belə ki, messencerin beta versiyasında multimedia kontentlərinin baxışı zamanı konfidensiallıq səviyyəsini yüksəldən yeni funksiya aşkar edilib. Whatsapp-ın beta versiyasında iştirak edən istifadəçilər messencerdə yeni element aşkar ediblər.
        Sözügedən element messencer vasitəsilə göndərilən videonun səsini öncədən deaktiv etməyə imkan verir. Bu yeni funksiya video göndərən zaman açılan redaktə bölməsinə yerləşdirilib. İstifadəçi bu bölmədə səs ikonuna klik edib videonu göndərəndən sonra videonu əldə edəcək şəxsdə həmin video səssiz işə düşəcək. Bu halda videonu qəbul etmiş şəxs fərdi şəkildə videonun səsini akitvləşdirə bilər. Bu yeni funksiyanın stabil Whatsapp versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala