Yeni Kontakt Home mağazasının açılışını qaçırmamaq üçün 3 səbəb: 50%'dək endirimlər, hədiyyələr, əyləncə

Yeni Kontakt Home mağazasının açılışını qaçırmamaq üçün 3 səbəb: 50%'dək endirimlər, hədiyyələr, əyləncə

Sosial Media
08.11.2019 PAYLAŞIM

    8 noyabr saat 20:00-da Kontakt Home-un yeni İnşaatçılar mağazasının rəsmi açılış gecəsinə hamınız dəvətlisiniz! Açılış gecəsində sizi bol əyləncə, hədiyyələr, maraqlı texnoloji yeniliklər, ən əsası isə, açılışa özəl 50%-dək endirim və 24 ayadək hissə-hissə ödəniş kampaniyaları gözləyəcək.

    Loft üslubunda dizayn olunmuş ikimərtəbəli İnşaatçılar mağazasının birinci mərtəbəsində rəqəmsal texnikanın, böyük və kiçik məişət texnikasının genişləndirilmiş çeşidi müştərilərə təqdim olunub. İkinci mərtəbəsi isə bütünlükdə mebel şöbəsi üçün ayrılıb. Burada istənilən zövqə, məkana və büdcəyə uyğun mebellərin böyük çeşidi müştərilərin ixtiyarına verilib. Mağazada maraqlı yeniliklər bununla bitmir.


    Xiaomi fanatları üçün xüsusi hazırlanmış rəsmi Mi Zone-da ağıllı ev cihazlarını, telefonla idarə edilən çaydan, robot tozsoran, havatəmizləyici və rütubətləndirici kimi futuristik dizayn və funkionallıqlı qadcetləri, eləcə də brendin ən yeni və sevilən smartfon və aksesuarlarını test edə, onlarla yaxından tanış ola bilərsiniz. Yaxud Samsung-un Note seriyasına həsr edilmiş stenddə flaqman model olan Note 10 ilə selfi edə və ya 3D effektlər ilə video çəkdirə bilərsiniz. Gənclər isə həmin vaxt PlayStation Zone-da sevdikləri oyunların dadını çıxara bilər. Dadını çıxarmaq demişkən, mağaza ziyarətçiləri Delonghi Zone-da yeni dəmlənmiş qəhvədən dadaraq mağazanın digər guşələrini gəzə bilər.

    Bundan başqa, açılış gecəsi boyu xüsusi dəvət edilmiş DJ-in musiqi sədaları altında əylənə, müxtəlif müsabiqələrdə iştirak edərək dəyərli hədiyyələr qazanmaq şansınız olacaq. Gecənin ən maraqlı anlarını “Sehirli güzgü”də şəklinizi çəkərək xatirəyə çevirə bilərsiniz.

    Bütün bunlardan əlavə yalnız İnşaatçılar mağazasında 8-18 noyabr tarixlərində:

  • Bütün telefonları ilkin ödənişsiz və faizsiz 12 aylıq;
  • Bütün televizorlar və məişət texnikasını ilkin ödənişsiz və faizsiz 18 aylıq;
  • Bütün mebelləri isə ilkin ödənişsiz və faizsiz 24 aylıq hissə-hissə ödənişlə əldə edə bilərsiniz.

    Əlavə olaraq, bu tarixlərdə seçilmiş məhsulları 50%-dək endirimlə ala bilərsiniz. Belə ki, açılış münasibətilə və yalnız İnşaatçılar mağazasında:

  • Keramik altlıqlı, buxarlı ütü 59,99 deyil, cəmi 19,99 manat;
  • 2000 Vt gücə malik, konteynerli tozsoran 199,99 deyil, 99,99 manat;
  • Xiaomi Redmi seriyasının ən yeni modellərindən olan Redmi 8 açılış münasibətilə 329,99 deyil, 299,99 manata;
  • Samsung markalı No Frost soyuducu 1019,99 manat deyil, açılışa özəl cəmi 799,99 manata;
  • Qonaq mebel dəsti 1128,99 deyil, cəmi 789,99 manat və ümumilikdə mebellərə nağd alışda 40%-dək endirim şamil olunacaq.
  • Qeyd edək ki, Kontakt Home-un yeni İnşaatçılar mağazası eyniadlı metro stansiyasının yaxınlığında, Şərifzadə 174 ünvanında yerləşir (Köhnə mağazadan 20 metr sağda).

    Həftəsonu əyləncəsinə Kontakt Home-la başlayın, 8 noyabr saat 20:00-da İnşaatçılar mağazasına gəlin, əyləncəyə qoşulun, cəlbedici endirim və kampaniyalardan yararlanın. Belə kampaniya hələ olmayıb!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..


Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni ..

Bir neçə müddət bundan öncə Telegram-da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat o..


Whatsapp-da mesajlara emojilər vasitəsilə reaksiya bildirmək imkanı hamı üçün is..

Məlum olub ki, Whatsapp-da daxil olan mesajlar emojilər vasitəsilə reaksiya bildirmək imkanı artıq h..


Zəif smartfonlar üçün olan Youtube Go-nun fəaliyyəti dayandırılacaq

Google şirkətinin fəliyyətini dayandırmış servislər siyahısına yaxın zamanda yenisi daxil ediləcək...


Instagram-da TikTok-dakı kimi tam ekran ölçülü paylaşımlar göstəriləcək..

Instagram-ın ana səhifəsində reallaşdırılacaq yenilik paylaşımların TikTok-dakı kimi görünməsinə imk..


Telegram-da premium abunəlik: Premium istifadəçilər hansı üstünlüklərə sahib ola..

Telegram-ın yaradıcısı Pavel Durov messencerin monetizasiyası üçün əlavə üsulların axtarışını davam ..

×