main-post-cover

    Yeni loqo və Instagram Direct inteqrasiyası: Facebook Messenger üçün böyük yenilənmə təqdim olunub

    Sosial Media
    14.10.2020
    Farid Pardashunas
        Facebook şirkəti Messenger üçün böyük yenilənməni təqdim edib. Yenilənmə nəticəsində Messenger-in loqosu dəyişilib. Bundan sonra onun loqosu Instagram-ın loqosu kimi qradient rəngdə olacaq. Bununla yanaşı tərtibatçılar ona Instagram Direct-i də inteqrasiya ediblər. Bu barədə Gagadget saytı xəbər verib. Bundan sonra Messenger vasitəsilə Instagram-dakı insanlara mesaj göndərmək mümkün olacaq. Həmçinin Messenger-ə yeni ayarlama özəllikləri əlavə olunub. Çatlar üçün yeni temalar, ayarlana bilən reaksiyalar, stikerlər və s. var. Yeni çat özəllikləri artıq istifadəyə verilib. Instagram Direct inteqrasiyası isə bir qədər sonra istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər