drzeka zeka kartları

Yerli youtuber Nihad Əliyev - dən 5 maraqlı video bloq

17.09.2017 0 PAYLAŞIM 1303 OXUNMA

Azərbaycanda "youtube mədəniyyəti"nin inkişafı üçün əlimizdən gələni etsək də, çox təəssüflə deyə bilərik ki, hələ də yerli youtube trendlərində heç görmək istəmədiyimiz videolar dəbdədir. Bundan əlavə tələbin az olmasından qaynaqlanaraq yerli kontent istehsal edən video bloqqerlərin də sayı azıdır. Vlog çəkənlər isə ya make-up çəkir ya da hansısa məhsulu reklam edir. Unikal və insanlara güvən verən kontentlərin sayı çox azdır. Lakin belə bir vəziyyətdə həqiqətən üzərində illərlə çalışdığı, izləyicilərinə unikal və səmimi kontent təklif edən youtuberlərimiz də mövcuddur. Bir müddət əvvəl sizlərə Azərbaycanın məşhur xanım youtube bloqerləri haqqında məqalə təqdim etmişdik.

Bu dəfə haqqında danışacağımız video bloqer isə Nihad Əliyev-dir. Əyləncə və gündəlik yaşam haqqında çəkdiyi videolar ilə 8000-dən çox abunəyə sahib youtuberimiz həqiqətən işinə böyük dəyər verir. Səmimi və reklamsız kontentləri ilə davamlı izləyici toplayan Nihad Əliyevin facebook-da paylaşdığı son paylaşımdan sonra ona, dəstək məqaləsi yazmağı qərara aldıq.

Bu addımımızla Azərbaycanda Youtube mədəniyyətini yaradan, unikal kontent istehsal edən youtuberlərə dəstəyimizi nümaiş etdiririk. Və ümid edirik ki, yerli və unikal kontent istehsal edən video bloqerlərimiz sayı artacaq. Nihad gənc yaşda olmasına baxmayaraq, hal hazırda kanalında olan videolar 352.598 dəfə izlənib. Toplamda 65 videonun yayımlandığı kanalın 8354 abunəçisi var. Beləiklə, Nihad Əliyevin ən çox izlənən və maraqlı 5 video bloqunu sizlərlə bölüşürük.

1)  BAKIDA RƏNGARƏNG FESTİVAL | Azerbaycanli blogger youtuber

2) BAKIDA MARAQLI BMW FESTİVAL KEÇİRİLDİ

3) İş Axtaran Tələbələrə Qızıl Məsləhətlər | Azerbaycanli Youtuberlerin sohbeti | Vlog

4) SAÇLARIMI KƏSDİM | NƏNƏMİN TƏLƏSİNƏ DÜŞDÜM

5) Xardal Cəzalı Gülməmə Challenge | TVdəki Maraqlı Anlar

4-cu videoda Nihadın nənəsinin dediyi kimi, siz də gənc youtuber-lərə dəstək olub, kanallarına abunə olun. Təbii ki, sizin zövqünüzə uyğundursa. Əlavə olaraq qeyd edək ki, Nihad Əliyev, BuzzMyVideos şəbəkəsinin üzvüdür.



<