
YouTube 16 yaşından aşağı istifadəçilərə təkbaşına canlı yayım keçirməyi qadağan edəcək
Sosial Media
30.06.2025
Emil
YouTube videoplatforması canlı yayımlar üçün yaş məhdudiyyəti tətbiq edib. İyulun 22-dən etibarən xidmət tələb edəcək ki, yayımları həyata keçirən müəlliflər ən azı 16 yaşında olsunlar. 13-15 yaş arası istifadəçilər isə yalnız böyüklərin iştirakı ilə canlı yayım edə biləcəklər. Halbuki, əvvəl bu qayda yalnız 13 yaşdan kiçiklərə şamil olunurdu. YouTube dəqiqləşdirib ki, yetkin şəxs canlı yayımda aydın şəkildə iştirak etməli və 16 yaşdan kiçik şəxs qədər fəal olmalıdır.
Əgər 16 yaşdan aşağı istifadəçilər bu qaydanı pozmağa cəhd etsələr, onlara yayım aparmaq imkanı məhdudlaşdırılacaq. Bundan əlavə, YouTube qaydaları pozan canlı yayım qeydlərini silməyi planlaşdırır. Məhdudiyyət tətbiq olunmuş hesablar başqa bir kanalda da yayım apara bilməyəcəklər. Belə cəhd edən istifadəçilər bloklanacaqlar. YouTube bu dəyişikliklərin səbəblərini izah etməyib. Lakin yeni qaydalar azyaşlıların onlayn təhlükəsizliyinə dair tənzimləyici qurumların və digər ictimai qurumların artan diqqəti fonunda tətbiq olunub. Bu dəyişikliklərin məqsədi yeniyetmələrin canlı yayımlar zamanı üzləşə biləcəkləri potensial riskləri azaltmaqdır.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
