
Youtube 4K videoların yalnız Premium istifadəçilər üçün təqdim edilməsi ideyasından imtina edib
Sosial Media
19.10.2022
Emil Nəcəfov
Bir neçə müddət bundan öncə məlum olmuşdu ki, dünyanın ən məşhur video platforması olan Youtube videoların 4K keyfiyyətində izlənməsi özəlliyini yalnız Youtube Premium abunəliyində test etməyə başlayıb. Bu, ABŞ-dakı bəzi istifdəçilər üzərində test olunurdu. Test müddəti çərçivəsində həmin istifadəçilər Youtube Premium əldə etmədən videoları 4K keyfiyyətində izləyə bilmirdilər. İndi isə məlum olub ki, video platforma sözügedən testi yekunlaşdırıb və artıq hamı əvvəlki kimi videoları 4K keyfiyyətidnə izləyə bilər. Youtube tərəfindən verilmiş məlumata əsasən videoların 4K keyfiyyətində izlənmə imkanının yalnız Youtube Prmeium abunəçiləri üçün aktiv olması ideyasından imtina edilib.
Lakin bu məsələnin gələcəkdə yenidən aktual olub-olmayacağı bəlli deyil. 9to5google saytının verdiyi məlumata əsasən test müddəti ərzində istifadəçilərin bu məsələyə neqativ fikirləri həqiqətən də çox olub. Qeyd etmək lazımdır ki, ABŞ-da Youtube Premium ayda 12$-a başa gəlir. İstifadəçilər isə videoların yüksək keyfiyyətdə izlənməsi imkanının əldə edilməsi üçün bu qədər pul ödəməyə hazır deyillər. Digər tərəfdən bu məsələdə Youtube-u da başa düşmək olar. Belə ki, yüksək keyfiyyətli videoların serverlərdə saxlanılması və həmin serverlərin xidmətləri külli miqdarda vəsaitə başa gəlir. Hər halda istifadəçilər hal hazırda Youtube Premium-a keçid etmədən videoları 4K keyfiyyətində izləyə bilərlər.
Linki kopyala
Həftənin xəbərləri

