main-post-cover

    Youtube Android və iOS-də playlistlərin baxışını daha sadələşdirilmiş edəcək

    Sosial Media
    15.12.2022
    Farid Pardashunas
        Youtube-da yeni funksiyanın testinə start verilib. Testinə start verilmiş yeni funksiya istifadəçi tərəfindən “Save to watch later” bölməsinə əlavə edilmiş videoların izlənməsi üzrə olan istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Belə ki, yeni funksiya istifadəçi hesabına əlavə playlistlər əlavə etmədən öncədən baxışı daha sonraya ertələnmiş videoları izləmək imkanını verəcək. “Save to watch later” və “Save to playlist” özəlliklərindən əlavə olaraq videoservisə “Play last in queue” özəlliyi əlavə edilib. Qeyd etmək lazımdır ki, ilk iki özəllik videoları daha sonra izləmək üçün onları ertələmək imkanını təqdim edir.
        “Play last in queue” isə istifadəçi hesabında müddətlik playlist yaratmaq imkanını verir. Yaradılmış müddətlik playlistə əlavə edilmiş videolar izləndikdən sonra onlar avtomatik olaraq playlistdən silinirlər. Daha öncə bu özəllik Youtube-un desktop versiyasında aktiv idi. İndi isə o, videoservisin Android iOS versiyalarında istifadəyə verilib. Müddətlik playlist daxilində olan videoların sıralanmasını dəyişmək və ya hansısa videonu sola sürüşdürməklə onu playlistdən silmək olar. Yeni funksiyanın testi 28 yanvar tarixinə kimi aparılacaq. Onun bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi barəsində məlumat daha sonra təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər