YouTube artıq Shorts-u tam söndürməyə imkan verir
Sosial Media
16.04.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, YouTube istifadəçiləri üçün vaxt idarəetmə funksiyasını yeniləyib. Artıq tətbiqdə Shorts videolarını tamamilə deaktiv etmək mümkündür.
Yeniləmə ilə istifadəçilər “time management” bölməsindən Shorts üçün vaxt limitini 0 dəqiqə olaraq təyin edə bilirlər. Bu isə faktiki olaraq Shorts lentinin tətbiqdən yoxa çıxması deməkdir. Daha əvvəl minimum limit 15 dəqiqə idi.
Bu funksiya ilk olaraq oktyabr ayında təqdim olunmuşdu, yanvarda isə valideynlər üçün genişləndirilərək uşaqların Shorts izləmə müddətinə nəzarət imkanı yaradılmışdı. İndi isə şirkətin sözçüsü Makenzie Spiller-in açıqlamasına görə, 0 dəqiqə limiti həm valideynlər, həm də adi istifadəçilər üçün qlobal şəkildə aktiv edilir.
Limitə çatdıqda Shorts bölməsində artıq video görünmür, yalnız “Shorts limitinə çatdınız” bildirişi çıxır. Testlər göstərir ki, bu limit tətbiq edildikdə Shorts videoları əsas səhifədən də silinir.
Paylaş