Logo
    main-post-cover

    YouTube Billboard-la əməkdaşlığı dayandırır

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, YouTube musiqi yayım məlumatlarını Billboard ilə paylaşmayacağını açıqlayıb. Qərar gələn aydan qüvvəyə minəcək və bu dəyişiklikdən sonra Billboard-un ABŞ musiqi reytinqlərində YouTube üzərindən edilən baxışlar ümumiyyətlə nəzərə alınmayacaq.
    Billboard's charts are increasingly weighted towards on-demand streaming,  but not enough for YouTube - Yahoo News UK
        Şirkət bu addımı Billboard-un musiqi reytinqlərini hesablama metodologiyasına etiraz olaraq atdığını bildirib. YouTube-un qlobal musiqi rəhbəri Lyor Cohen bildirib ki, Billboard-un istifadə etdiyi formula artıq müasir dinləyici davranışını əks etdirmir və abunə olmayan milyonlarla istifadəçinin aktivliyini nəzərə almır. Onun sözlərinə görə, uzunmüddətli danışıqlara baxmayaraq, Billboard bu mövqeyində ciddi dəyişiklik etməyə razı olmayıb.
        Billboard 2013-cü ildən bəri YouTube-un məlumatlarını reytinqlərinə daxil edir. Lakin 2018-ci ildən etibarən ödənişli və abunə əsaslı dinləmələrə daha çox üstünlük verilməyə başlanıb. Bununla belə, YouTube bu dəyişiklikləri yetərli hesab etməyib və bütün dinləmələrin bərabər çəkidə qiymətləndirilməsini tələb edir. Nəticə olaraq, YouTube yanvarın 16-dan sonra Billboard-a musiqi yayım məlumatlarını təqdim etməyəcək.
    Paylaş