Youtube bütün platformalar üçün yeni istifadəçi interfeysini test edir

Youtube bütün platformalar üçün yeni istifadəçi interfeysini test edir

Sosial Media
07.08.2020 PAYLAŞIM

    Google şirkəti Youtube videoservisinin dizaynı üzərində təcrübə aparmağa davam edir. İnternetdə Android-in Youtube versiyasında olacaq yeni istifadəçi interfeysinin ilk fotoları artıq ortaya çıxıb. İnsayderlərin verdikləri məlumatlara əsasən bu dəyişikliklər müəyyən vaxtdan sonra videoservisin desktop və smart televizorlar üçün olan versiyasında da reallaşdırılacaq. Bu barədə Androidcentral saytı xəbər verib. Youtube videoservisinin Android üçün olan versiyasının beta versiyasından olan yeni məlumat sızıntılarına əsasən istifadəçi interfeysində olacaq əsas dəyişiklik axtarış panelini əhatə edəcək.


    Belə ki, yeni istifadəçi interfeysində axtarış paneli ənənəvi üsul əvəzinə brauzer tərzində reallaşdırılacaq. Beləliklə həmin axtarış paneli videoservisin yuxarı sol hissəsində Youtube loqosunu əvəz edəcək. Digər bir dəyişiklik isə istifadəçinin öz hesabı ilə qarşılıqlı əlaqəni əhatə edir. Belə ki, istifadəçi hesabına daxil olmadan videoservisə daxil olan zaman ekranda xüsusi pəncərə ortaya çıxacaq və həmin pəncərədə Google hesabına daxil olma təklifi ediləcək.

    İnsayderlər güman edirlər ki, istifadəçi hesabına daxil olmaq üzrə təqdim edilən bu cür motivasiya kontekst reklamın təqdim olunması məsələsində Youtube servisinə daha çox statistika verəcək. Hər halda bu funksiya məsləhət xarakteri daşıyır və tətbiqin işinə təsir göstərmir. Hal hazırda şirkət Youtube-da olacaq yeni istifadəçi interfeysinin qapalı beta testini keçirdir. Bu yeni dəyişikliklər hələ bütün istifadəçilər üçün aktivləşdirilməyib. Yenilənmiş Youtube servisinin nə zaman istiadəyə veriləcəyi barəsində isə bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram ilə Messenger arasında mesajlaşma imkanı: Instagram-a yeni funksiyalar..

Facebook şirkəti Messenger və Instagram istifadəçiləri arasında mesaj göndərmək imkanını aktivləşdir..


Facebook şirkəti öz servislərindəki istifadəçilərin məlumatlarını vahid platform..

Facebook şirkəti istifadəçi hesabları mərkəzinin (Accounts Center) testinə startın verildiyini elan ..


Telegram-a istifadəçilərin çoxdandır gözlədikləri yeni funksiya əlavə edilib..

Hələ bir neçə müddət bundan öncə Telegram-a bir çoxları tərəfindən gözlənilən videozəng funksiyası ə..


Wikipedia son 10 ildə ilk dəfə öz interfeysinin dizaynını dəyişəcək

Wikipedia öz saytının desktop versiyasını son 10 ildə ilk dəfə yeniləyəcək. Bu barədə saytın inkişaf..


Youtube-un keçmiş moderatoru videoservisi məhkəməyə verib: Səbəb nədir?

Youtube-un keçmiş moderatoru videoservisi məhkəməyə verib. Belə ki, videoservis onu və onun iş yolda..


Facebook-da kontenti qeyri-leqal kopyalanmadan qoruyan sistem işə salınıb

Facebook şirkəti Rights Manager adlı müəllif hüquqlarının qorunması proqramını işə salıb. Sözügedən ..

×