main-post-cover

    Youtube-da 4K videoların izlənmə imkanı yalnız Youtube Premium istifadəçiləri üçün aktiv ola bilər

    Sosial Media
    04.10.2022
    Emil Nəcəfov
        Youtube Premium-a sahib olmayan istifadəçilər videoplatformada videoların izlənməsi zamanı əlavə olaraq müəyyən sayda reklam elanlarını da izləyirlər. Yaxın zamanda Youtube Premium-a sahib olmayan istifadəçilər həmçinn videoların 4K keyfiyyətdə izlənməsi imkanından da məhrum ola bilərlər. Məşhur Reddit platformasının bəzi istifadəçiləri tərəfindən verilmiş məlumat məhz buna işarə edir. Belə ki, istifadəçilər qeyd ediblər ki, 2160p keyfiyyətli videoları izləmək istəyən zaman Youtube onlara Premium abunəliyin alınmasını təklif edib. Digər istifadəçilər də fikir veriblər ki, videoların 4K keyfiyyətində izlənməsi üçün Youtube aylıq ödənişli abunəliyin əldə edilməsini təklif edir.
        Görünür, Youtube videoların 4K keyfiyyətdə izlənməsi imkanının yalnız Youtube Premium üçün aktiv olması özəlliyini hələ test edir. Videoplatformanın özü bu barədə hələ heç bir rəsmi məlumat verməyib. Nəticədə bu özəlliyin reallaşdırılacağı halda istifadəçilər Youtube-da videoları 1440p-dən daha yuxarı keyfiyyətdə izləyə bilməyəcəklər. Qeyd etmək lazımdır ki, ABŞ-da Youtube Premium-un aylıq ödəniş qiyməti 11.99$ təşkil edir. Youtube Premium öz növbəsində istifadəçilərə əlavə imkanlar verir. Onların arasında videoların reklamsız izlənməsi, picture-in-picture funksiyası və s. özəlliklər var.
    Linki kopyala