Logo
    main-post-cover

    Youtube-da bu il olacaq yeniliklər barəsində məlumat verilib

    Sosial Media
    11.02.2022
        Youtube servisinin məhsullar üzrə direktoru Neal Mohan 2022-ci ildə videoservisə əlavə ediləcək yeniliklərdən danışıb. O, videoservisin funksionallığını genişləndirəcək imkanlar və istifadəçilər ilə kontent yaradıcıları üçün inteqrasiya ediləcək əlavə alətlər barəsində məlumat verib. Neal Mohan-ın verdiyi məlumata əsasən Youtube Shorts-dakı videoların ümumi baxış sayı 5 trilyonu keçib. Bu il Youtube tərtibatçıları kontent yaradılması prosesini sadələşdirməyi planlaşdırırlar. Bundan əlavə olaraq videoservis bir qədər təkmilləşdiriləcək. Belə ki, Youtube-dakı istifadəçi şərhlərinə video vasitəsilə cavab vermək imkanının əlavə ediləcəyi gözlənilir.
        Həmçinin kontent yaradıcıları daha geniş sayda xüsusi effektlərə sahib olacaqlar. Youtube Shorts müxtəlif məhsulların alınması imkanını yaradacaq. Kontent yaradıcıları həmçinin BrandConnect SuperChat funksiyaları vasitəsilə öz videolarının monetizasiyası üzrə daha böyük imkanlara sahib olacaqlar. Bu il Youtube Shorts-da əsas diqqət canlı yayımlara ayrılacaq. Bundan əlavə olaraq bu il Youtube-da birgə canlı yayımların keçirilməsi funksiyası istifadəyə verilə bilər. Məlumatda qeyd edilib ki, Youtube blockchain NFT ilə bağlı yeni funksiyaları əlavə etməyi də planlaşdırır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Youtube-da bu il olacaq yeniliklər barəsində məlumat verilib | Technote