Youtube-da istifadəçi interfeysi və video izləməklə bağlı yeniliklər istifadəyə veriləcək

Youtube-da istifadəçi interfeysi və video izləməklə bağlı yeniliklər istifadəyə veriləcək

Sosial Media
25.10.2022 PAYLAŞIM

    Google şirkəti Youtube üçün növbəti böyük yenilənməni anons edib. Dünyanın ən məşhur video platformasında reallaşdırılacaq yeniliklər Youtube-un bütün versiyalarında istifadəyə veriləcək. Yeniliklər istifadəçi interfeysi ilə videoların izlənməsini əhatə edirlər. Beləliklə Android iOS istifadəçiləri Youtube daxilində izlənən videoları pinch-to-zoom funksiyası vasitəsilə uzadaraq böyüdə biləcəklər. Daha öncə bu funksiya Youtube Premium-da test olunurdu. Lakin o, bütün istifadəçilər üçün aktiv olacaq.


    Növbəti yenilik videoda lazımi hissələri daha asan şəkildə tapmağa imkan verəcək. Bu funksiya videonun irəli və ya geri çevrilməsi prosesi zamanı işə düşür. Belə ki, istifadəçi bu və ya digər videonu irəli və ya geri çevirdiyi halda videonun ayrı-ayrı kadrlara bölündüyü kiçik panel aktivləşir. Aktivləşən kiçik panel sayəsində istifadəçi videonun hansı hissəsinin lazımlı olduğunu təyin edə və beləliklə həmin hissəyə keçid edə bilər.

    Youtube-da fonun dəyişməsi üzrə yeni rejim istifadəyə verilib. Bu rejim izlənən videoda istifadə olunan rəng çalarını istifadəçi interfeysinə ötürür. Beləliklə bu zaman istifadəçi interfeysinin rəngi izlənən videonun rəngində olur. Bu rejim Youtube-un mobil və veb versiyasına inteqrasiya edilib. Sözügedən rejim Youtube-da Dark Mode-dan istifadə edən bütün istifadəçilər üçün aktiv olacaq.

    Bununla yanaşı məlumatda qeyd edilib ki, Youtube-un Dark Mode rejimi daha qara olacaq. Bu halda istifadəçi interfeysində əks olunacaq video rəngləri daha aydın şəkildə seçiləcəklər. Bundan sonra Youtube-dakı videoların təsvirlərində olacaq linklər düymələr şəklində əks olunacaqlar. “Subscribe”, “Like”, “Share” və “Download” düymələrinin dizaynlarında kiçik dəyişikliklər edilib və bundan sonra onlar istifadəçinin diqqətini yayındırmayacaqlar. Bütün bu yeniliklər yaxın zamanda bütün istifadəçilər üçün aktiv olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mac kompüterləri üçün Whatsapp-ın Apple M prosessorlarını dəstəkləyən beta versi..

Whatsapp tərtibatçıları keçən ilin yay fəslində messencerin Mac kompüterləri üçün nəzərdə tutulmuş t..


Whatsapp-da fotoları ilkin keyfiyyətdə göndərmək mümkün olacaq

Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlum olub ki, onlar messencerin ..


Elon Musk daha bahalı Twitter Blue abunəliyini istifadəyə verməyi planlaşdırır..

Elon Musk bir neçə gün bundan öncə onu narahat edən məsələlər barəsində fikrini bildirib...


Twitter yaxın zamanda müasir messencerlərin vacib funksiyalarından birini əldə e..

İnsayderlərin verdikləri yeni məlumata əsasən Twitter yaxın zamanda istifadəçilərin bir-biriləri ilə..


Whatsapp-da audio formatlı statusların testinə start verilib

Whatsapp-ın yeni beta versiyasında barəsində uzun müddət ərzində məlumat sızıntısı olmuş növbəti fun..


Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeni funksiyalar məlum olub

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş növbəti yenilənmə üzərində çalışırlar və o, ..

×