
Youtube-da izlənməsi dayandırılmış videolarda reklamlar sərgilənəcək
Sosial Media
18.05.2023
Emil
Youtube ənənəvi televiziya kanallarının özəliyini əldə edəcək. Belə ki, smart televizorlardakı Youtube tətbiqində ən məşhur kontentlər aradan qaldırılması qeyri-mümkün 30 saniyəlik reklam elanlarını əldə edəcəklər. Televiziya kanallarında bu cür formatda reklam elanları artıq onilliklər ərzində sərgilənir. Bundan əlavə olaraq Youtube-da Pause Experiences adlı funksiyanın test olunduğu elan edilib. Funksiyanın əsas məğzi ondan ibarətdir ki, istifadəçi Youtube-da bu və ya digər videonun izlənməsini dayandırdığı zaman ona reklam elanı sərgilənəcək.
Pause Experiences funksiyası ilkin mərhələdə test rejimində çalışacaq. Bununla yanaşı bu funksiya çərçivəsində sərgilənəcək reklam elanlarında QR kodların da əks olunacağı istisna deyil. Bu halda istifadəçilər QR kodu skan edərək reklam olunan məhsul ilə yaxından tanış ola biləcəklər. Aradan qaldırılması qeyri-mümkün 30 saniyəlik reklamlar ilk növbədə ABŞ-dakı smart televizorlarda işə salınacaq və Youtube Select-ə daxil olan videoları əhatə edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
