main-post-cover

    Youtube-da kontent yaradıcıları üçün daha çox süni zəka funksiyası istifadəyə veriləcək

    Sosial Media
    22.09.2023
    Emil Nəcəfov
        Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün bir neçə maraqlı yeniliyi anons edib. Daha əvvəlcədən də gözlənildiyi kimi yaxın zamanda Youtube-da əksər videolar neyron şəbəkələri vasitəsilə tərtib olunacaqlar. Hal hazırki mərhələdə reallaşdırılacaq əsas yeniliklər arasında videolar üçün müxtəlif fonların və fotoların, yeni videolar üçün ideyaların və sxemlərin tərtibatı və videoların digər dillərə dublaj olunması funksiyaları olacaq. Dream Screen adlı yeni funksiya neyron şəbəkəsi vasitəsilə video və fotoların tərtib edilməsini mümkün edəcək.
        Daha sonra isə istifadəçilər neyron şəbəkəsi tərəfindən tərtib edilmiş video və fotoları özlərinin Shorts videolarının fonları üçün istifadə edə biləcəklər. İlkin mərhələdə bu cür videolar və fotolar istifadəçilərin mətn formatında sorğuları əsasında tərtib ediləcək. Youtube təmsilçilərinin sözlərinə əsasən gələcəkdə kontent yaradıcıları remikslərin yaradılması və yeni tərz videonun əldə edilməsi üçün artıq mövcud olan videoların süni zəka əsaslı alətlər vasitəsilə redaktə edilməsi imkanlarını əldə edəcəklər.
        Süni zəka əsasında çalışan yeni funksiya Youtube Studio-da potensial videolar üçün ideyaların və sxemlərin tərtibatı ilə məşğul olacaq. Məlumatda qeyd edilib ki, kontent yaradıcıları öz izləyiciləri arasında məşhur olan kontent növləri əsasında sistem tərəfindən personallaşdırılmış məsləhətlər əldə edəcəklər. Youtube həmçinin süni zəka əsasında dublaj funksiyasını da anons edib. Onun sayəsində kontent yaradıcıları öz videolarını müxtəlif dillərə dublaj edə biləcəklər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər