main-post-cover

    YouTube-da "körpə əmizdirmə təhsili" adı altında senzurasız videolar paylaşan qadın, trend olub!

    Sosial Media
    19.07.2024
    Farid Pardashunas

         YouTube-da ana südü ilə qidalanmaya yönəlmiş senzurasız videolar paylaşan bir kanal, sosial medianın trend mövzusuna çevrilib. İstifadəçilər, YouTube-un bu cür videolara necə icazə verdiyini sorğulayıblar. Maraqlı isə odur ki, kanal yalnız dünən açılıb və bir gündə 600 mindən çox baxış əldə edib.

         Dünyanın ən məşhur video platforması olan YouTube-da bir çox fərqli kateqoriyadan milyardlarla video var. Təbii ki, şirkətin uyğun olmayan videoların qarşısını almaq üçün də öz siyasəti var. Çılpaqlığı ehtiva edən məzmunlar da bunlar arasındadır. Çılpaqlığı ehtiva edən əksər videoların platformada olması qadağandır. Lakin bəzi istisnalar da var. Bu istisnalardan biri, bu gün X istifadəçiləri tərəfindən fərq edilib və qısa müddətdə trend mövzusuna çevrilib. "Sierra Education" adlı kanalın paylaşdığı senzurasız videolar istifadəçilərin diqqətini çəkib.
    View post on X
         Kanalda indiyədək 3 videonun paylaşıldığını görə bilərik. Bu videoların hamısı ana südü ilə qidalanmaya yönəlmiş videolardır. Kanalın sahibi olan qadın, bütün videolarda kukladan istifadə edərək tamaşaçılara əmizdirmə təhsili verir və onun sinə hissəsi senzurasız göstərilir. Sierra Education kanalının təfərrüatlarına nəzər saldıqda onun çox yeni qurulmuş bir kanal olduğunu görə bilərik. Hətta "haqqında" qisminə baxdıqda kanalın 2024-cü il iyulun 18-də, yəni dünən yaradıldığını görə bilərik. Kanal bir gündə düz 600 mindən çox baxış toplaya bilib. Təxmin etmək çətin deyil ki, onun X-də qəfil populyarlaşması onun baxış sayının bu qədər artmasına səbəb olub. Minlərlə istifadəçi isə YouTube-un bu tip məzmuna necə icazə verdiyini soruşur.
         Başda dediyimiz kimi YouTube-da çılpaqlığı ehtiva edən videoların əksəriyyəti qadağandır. Bunlar şirkət tərəfindən cinsi həzzə yönəlmiş "uyğun olmayan, pornoqrafik" məzmun kimi təsvir edilir. Platforma bildirir ki, bu videolar paylaşılarsa, onlar silinə və hətta kanal bağlana bilər. Lakin bura ana südü ilə qidalanma kimi "təhsil və sağlamlıq yönümlü" kimi təsvir edilən videolar daxil deyil. Çox uzun müddətdir ki, platformada təhsil məqsədi ilə çılpaqlığı ehtiva edən videolara icazə verilir. İndi təhsil və ya sağlamlıq kateqoriyalarında minlərlə senzurasız YouTube videosuna daxil olmaq mümkündür. Əslində, 2023-cü ilin noyabrında hətta ana südü ilə qidalandırmaq kimi videolar hazırlayanların pul qazanması belə mümkün idi. Əlbəttə, biz bilmirik ki, Sierra Education həqiqətən təhsil kanalıdır, yoxsa abunəçi və baxış toplamaq üçün kanaldır. Hər videonun əvvəlində bunun maarifləndirmə məqsədi daşıdığı bildirilir, lakin bir çox istifadəçi bunun belə olduğunu düşünmür. Qeyd edək ki, hələlik YouTube-dan məsələ ilə bağlı heç bir addım atılmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple, süni intellekt modellərini öyrətmək üçün YouTube videolarından icazəsiz istifadə edirmiş!
    apple-suni-intellekt-modellerini-oyretmek-ucun-youtube-videolarindan-icazesiz-istifade-edirmis
    Elon Musk, 2026-ci ilə qədər 1000 nəfərdən çox insana çip implantasiya etməyi hədəfləyir!
    elon-musk-2026-ci-ile-qeder-1000-nefer-insana-cip-implantasiya-etmeyi-hedefleyir
    YouTube, artıq deepfake məzmunlu videoları siləcək!
    youtube-artiq-deepfake-videolarini-silecek
    Samsung, gələcək qatlana bilən smartfonlarında ekranının bütün nöqtələrinə barmaq izi oxuyucusu yerləşdirə bilər!
    samsung-gelecek-qatlana-bilen-smartfonlarinda-ekraninin-butun-noqtelerine-barmaq-izi-oxuyucusu-yerlesdire-biler
    YouTube, Premium abunəçiləri üçün 5 yeni funksiyasını təqdim edib!
    youtube-premium-abunecilerine-5-yeni-funksiyasini-teqdim-edib